“Korrupsiya ilə mübarizə nəticəsində 800 milyon manat əlavə pul toplanıb” –DGK

“Korrupsiya ilə mübarizə nəticəsində 800 milyon manat əlavə pul toplanıb” –DGK

 

Dövlət Gömrük Komitəsi (DGK) gömrük sistemində aparılan dəyişikliklər nəticəsində əlavə toplanan vəsaitlərin həcmini açıqlayıb.

Bu barədə Fed.az-a Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib.

Xatırladaq ki, gömrük sahəsində aparılan yeniliklər, nəzaətin gücləndirilməsi, o cümlədən Vergilər Nazirliyi ilə fəaliyyətin əlaqələndirilməsi nəticəsində AGK-nin xətti ilə gömrük ödənişlərinin həcmi kəskin artıb. Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev bildirmişdi ki, həmin tədbirlər nəticəsində gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplayıblar: «O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olubdur»-deyə dövlət başçısı bildirmişdi.

İsmayıl Hüseynov isə bildirib ki, artıq ilin sonunadək əlavə toplanan məbləğlər 1 milyard manatı keçəcək. Onun sözlərinə görə, aparılan tədbirlər, o cümlədən vergi orqanları ilə fəaliyyətin koordinasiya edilməsi nəticələrini verib. Komitə sədrinin müavini gələn il DGK-nin büdcə qarşısında öhdəliyinə də toxunub. Xatırladaq ki, büdcə layihəsinə əsasən, 2019-cu ildə komitənin xətti ilə büdcəyə 3 milyard 451,6 milyon manat vəsait ödənilməlidir. Bu 2018-ci ilin proqnozu ilə müqayisədə 261,6 milyon manat və ya 8,2% artıqdır.

İ.Hüseynov bildirib ki, gömrük sismində aparılacaq işlərlə bu proqnozu yerinə yetirmək mümkün olacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}