500 avroluq əsginazlar tədavüldən çıxarılacaq –Avropa Birliyinə daxil olan 17 ölkədən qərar

 

Avrozonada yanvarın 26-dan etibarən 500 avroluq əsginazlar tədavüldən çıxarılacaq.

Musavat.com-un məlumatına görə, Avropa Birliyinə daxil olan 17 ölkə belə qərar qəbul edib. Almaniya və Avstriyada isə bu pul vahidi aprelin 26-na qədər qədər dövriyyədə olacaq.

2016-cı ildə Avropa Mərkəzi Bankı 2018-ci ilin sonuna doğru ən böyük avro banknotunun çapını dayandırmağa qərar vermişdi. Bənövşəyi rəngli əsginazlarla vidalaşmağa o qədər də çox vaxt qalmayıb.

Araşdırmaçılar ümid edir ki, 500 avronun ləğvi Avropada oğurluq pulların yuyulması və terrorun maliyyələşdirilməsi kimi halların qarşısına sədd çəkəcək.

O da maraqlıdır ki, Avropa Birliyi, ümumiyyətlə, nağd puldan imtina etmək haqqında planlar çızır. Kontaksız ödənişin üstünlükləri vurğulanır. Kartla ödənişin tətbiqi bütün dünyada pulu əvəz etməkdədir.

Hazırda Çində sakit inqilab gedir. Məqsəd nağd pulun ləğvinə hesablanıb. Daha çox mağazada "Nağd pul almırıq” qeydləri gözə dəyir. Supermarket, otel və ya yanacaqdoldurma məntəqələri mobil ödəniş xidmətləri üzərindən smartfonlar vasitəsilə ödəmələrə keçib.

Artıq dünyanın inkişaf etmiş ölkələrində iri mağazalarda kassa sistemi aradan qaldırılmaqdadır. Məsələn, İsveçdə ödənişlərin 80 faizi kartladır. "Money, Money, Money” mahnısı ilə məşhur olan ABBA vokal qrupunun muzeyində belə ödəniş kartla olur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}