Qazaxıstanda keçrilən Xəzər Liman və Dənizçilik Forumu öz işini başa çatdırdı

 

 

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulluğundan verilən məlumata görə,  ölkəmizin də qatıldığı   Xəzər Liman və Dənizçilik Forumu öz işini başa çatdırıb.  Qazaxıstanın  Nəqliyyat Nazirliyi tərəfindən təşkil edilən forumda, Türk Dilli Ölkələrin  Əməkdaşlıq Şurasına  üzvü

ölkələr Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanla  birgə bir sıra Avropa dövlətlərinin nümayəndələri iştirak edib. Forumda, Trans Xəzər Nəqliyyat dəhlizinin aktivləşdirilməsi,  limanlar arasında iş birliyi, mövcud problemlərin aradan qaldırılması məsələləri müzakirə olunub. Tədbir çərçivəsində  müzakirə olunan əsas məsələlərdən biri  "Trans Xəzər Nəqliyyat dəhlizin məntiqi infrastrukturun inkişaf etdirilməsinin milli və beynəlxalq perspektivləri" olmuşdur.  Forumda Türkiyə Respublikasını təmsil edən Samsun Liman Əməliyyat Müdiri Oğuz Tümişin moderatörlüq etdiyi  iclasa, Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurasının  baş katibinin müavini Gısmat Gozalov da qatılmışdı. Gozalov Trans Xəzər nəqliyyat dəhlizinin daha da məhsuldar hala gətirilməsi məqsədi ilə Şuraya üzvü olan dövlətlərin Qardaş Limanlar toplantısının  Aktauda keçirilməsini mühüm hadisə kimi qiymətləndirmişdi.  Tədbirdə limanlar arasında iş birliyinin inkişaf etdirilməsini və  Xəzər marşrutunun məhsuldar hala gətirilməsini, Çin-Avropa xəttində ortaq dəhlizin aktivləşdirilməsi əsas amillərdən biri  kimi qiymətləndirilmişdi. Bunun üçün isə Limanlarda gömrük və keçid əməliyyatları sadələşdirilməli, tək pəncərə sisteminin tətbiq olunmalı, yeni bərə və parom gəmiləri alınmalı, gözləmə vaxtı  azaldılmalı və liman keçidlerində tariflər cazibədar hala gətirilməlidir.  Sonda Qardaş  limanlar  toplantısının növbəti forumunun  gələn il Samsunda  keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla yanaşı 2020-də Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurasının  nəqliyyat nazirləri toplantısının Macarıstanda keçiriləcəyini nəzərə alan tədbir iştirakçıları növbəti  foruma  həmin ölkənin  liman nümayəndələrinin də dəvət olunacağı bildirilib.

  A.Məmmədli,

Sozcu.info 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}