Russiyanın Arxangelski şəhərində İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

 

Russiyanın Arxangelski şəhərində İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

 

 

Böyük Azərbaycan şairi  və mütəfəkkiri İmadəddin Nəsiminin  650 illik yubileyi  Respublikamızda olduğu kimi  ölkəmizdən kənarlarda da qeyd olunur. Bazar günü  Russiya Federasiyasının  Arxangelski şəhərində Azərbaycan diasporu regional ictimai təşkilatın təşəbüsü ilə "Rus"  kinoteatr  kompleksində  böyük  şair və mütəfəkkir İmadəddin Nəsiminin  650 illik yubileyi və "Nəsimi ili” münasibəti ilə  Azərbaycan kinostudiyasında  lenta alınmış "Nəsimi" filmi nümayiş olmuşdur. "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri, "Kaspi" qəzetinin və jurnalının Arxangelsk vilayətində təsisçisi Tərlan  Qasımovun verdiyi məlumata görə, şairə həsir olunmuş yubiley  tədbirində vilayət mədəniyyət nazirliyinin və şəhər meriyasının  beynəlxalq əlaqələr şöbəsinin,  ictimai əlaqələr departamentlərinin, şəhərdə fəaliyyət göstərən kitabxanaların əməkdaşları ilə yanaşı  burada fəaliyyət göstərən milli  diaspor təşkilatlarının nümayəndələri və soydaşlarımız iştirak ediblər.  Yubiley tədbir iştirakçılarına Arxangelskidə Rusiya Azərbaycan Gənclər İttifaqının nümayəndəsi Zəfər Cəfərov  "Nəsimi kino filiminin tarixi  ilə yanaşı, 15-ci əsirdən etibarən bütün türk ədəbiyyatına güclü təsiri olan İmaməddin Nəsiminin   həyat və yaradıçılığı barədə qısa məlumat vermişdir. Tərlan Qasımovun  onu da qeyd etdi ki,  filimin nümayişinə dəvət olunanlar arasında şəhərdəki internat məktəbin müəllimləri və şagirdləri də olub. Diaspora  rəhbərinin fikrincə  Arxangelskidə  belə tədbirlərin keçrilməsi Rusiya və Azərbaycan xalqları arasında dostluğun daha da möhkəmlənməsinə töhfə verir.

 A.Məmmədli

 Sozcu.info

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}