Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan diasporu ilə görüşəcək

    

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan diasporu ilə görüşəcək

 

 

Ukrayna Respublikasının yeni seçilmiş prezidenti Vladimir Zelenskinin ölkədə yaşayan etnik xalqların, o cümlədən azərbaycan diaspor nümayəndələri ilə xüsusi görüşü gözlənilir. Bu  məlumatı Ukrayna Millətlər Assambleyasının  prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev bildirib. Rövşən Tağıyev  Ukraynanın  iqtisadi həyatında, həm də dövlətin suverenliyi uğrunda mübarizədə etnik xalqların fəallığına istinad edərək, Prezident  V. Zelenskinin Ukraynanın həyatında fəal rol oynayan azsaylı xalqlar, o cümlədən azərbaycan diaspor nümayəndələri  ilə görüşün zəruriliyini qeyd edib. Rəhbərlik etdiyi Assambleyanın xətti ilə  ölkəyə yatırılan çoxmilyonlu investisiyaya toxunan R. Tağıyev,  bu prosesin daha da  sürətlə davam etdiriləcəyini bildirib.

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}