Krımda 77-ci Azərbaycan diviziyasının-Xilaskarların heykəli qoyulacaq

   

Krımda 77-ci Azərbaycan diviziyasının-Xilaskarların heykəli qoyulacaq

 

Rusiya Federasiyasının Krım Respublikasında fəaliyyət göstərən Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətindən verilən məlumata görə yaxın vaxtlarda Simferopolun mərkəzi parklarından birində 77-ci Azərbaycan diviziyasının-Xilaskarların xatirəsinə abidə ucaldılacaq. Bu təklif kökumətin millətlərarası münasibətlər komitəsinin iclasında da təsdiqlənib. Regional ictimai təşkilat onuda bildirdi ki, paytaxt parklarından birində S. Orconikidze adına  Qırmızı bayraqlı Suvorov ordenli 77-ci Simveropol atıcı diviziyanın xatirəsinə abidənin ucaldılması məsələsi soydaşlarımız tərəfindən respublikada hökumət və ictimai təşkilatlar qarşısında qaldırılan əsas məsələlərdən biridir. Onuda qeyd etmək lazımdır ki, Böyük Vətən müharibəsi illərində Azərbaycanlı komandirlərin və sıralarında 1500 azərbaycanlının döyüşdüyü hərbi hissə, Krım adasının azad olunmasında və Sapun-dağa hücumda iştirak etmişdir.

 A.Məmmədli.

 "Yeni sözcü”

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}