Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir
ƏLİYEV VƏ RƏİSİNİN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? –
“Tehranın siyasəti Bakıda ciddi suallar yaradır”
Talıbovlar yenidən meydan oxuyur:
Naxçıvanda nə baş verir?
Ramiz Mehdiyev məhkəmə qarşısında -
Bu hüququndan məhrum edilə bilər
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır
Mərkəzi Bankın faiz qərarı -
Manatın taleyi...
“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”
Emin Ağalarov və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
Ombudsman icra başçısını təltif etdi
-Foto
Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir-
İCRA ORQANI HARA BAXIR?
Əvvəlki
Sonrakı
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
"Azəriqaz" İstehsalat Birliyi sədrinin vəzifəsindən azad olunduğu deyilir
7-03-2024, 19:39
"İstəməzdik ki, Ermənistan da Ukraynanın taleyini yaşasın"
- Rusiya
6-03-2024, 16:45
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Bu nə görməmişlik, bu nə acgözlükdür?!” - Deputatdan Xəzəri hasarlayan oliqarxlara sərt İTTİHAM
2003-cü il yanvarın 13-də mərhum prezident Heydər Əliyev "Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir ki, torpaq sahələrinin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib.
"Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb”.
Prezident H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə hələ o vaxt Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının İcra hakimiyyəti başçılarına tapşırıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.
Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək yerinə 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağı "20-50 metrlik zolaq” sözləri ilə əvəzləməyə nail olub.
2008-ci ilin dekabrında isə "Torpaq islahatı haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun qüvvəyə minib.
Qanunda dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.
Sənəddə deyilir ki, qanundan "dövlət məqsədləri üçün” sözləri çıxarılsın. "İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.
Məhz bundan sonra Xəzərin hasarlanması işi daha da sürətləndi.
Nəhayət 2016-cı ilin yanvarında Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliklərdən biri də Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tuturdu. Layihə səsverməyə çıxarıldı və qəbul olundu. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalı idilər. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalı idilər.
Milli sərvətimizin illərdir zəbt olunmasına baxmayaraq, nə hasarlamaya görə cəzalanan var, nə də gediş-gəlişi məhdudlaşdırdığına görə cərimələnən. Görünən odur ki, məmurların özlərinin təklifləri üzərinə qəbul edilən qanunlar onların özünə kar etmir. Və o da gün kimi aydındır ki, məhz bu istiqamətdə qəbul edilən qanunlar elə onları pozmaq üçün nəzərdə tutulub...
"Xəzəri hasarlayanlar turizmi inkişaf etməyə qoymur”
Problemi dəfələrlə parlamentin iclas zalına daşıyan Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, Xəzər hasarlardan azad edilməli, Azərbaycan xalqının və turistlərin üzünə açıq olmalıdır:
"Mən bu barədə fikirlərimi parlamentdə də səsləndirdim. Mənə belə gəlir ki, fikrimdə kifayət qədər obyektivəm və yetərincə haqlıyam. Xəzərin hasarlanması ilə bağlı dəfələrlə həmkarlarım, o cümlədən Zeynəb Xanlarova parlamentdə fikirlərini söyləyiblər. Hazırda ölkə Prezidenti bütün istiqamətlərdə genişmiqyaslı islahatlara start verib və bunlar sistemli xarakter daşıyır. Onu da qeyd edim ki, ölkə başçısının son zamanlar imzaladığı fərman və sərəncamlar olduqca ciddi xarakter daşıyır. 2018-ci ildən sonra ölkə başçısı öz komandasını yeniləyrək, buraya daha təşəbbüskar, müasir dünyagörüşünə malik, imici təmiz insanları gətirdi. Ona görə də ümid edirəm ki, vəzifələrə gətirilmiş müvafiq qurumların rəhbərləri Azərbaycanın Xəzəryanı sahillərinə diqqəti artıracaqlar. Həmin qurumlar məsələ ilə bağlı özlərindən asılı olan işləri daha böyük ardıcıllıqla həyata keçirməlidirlər. Söhbət təkcə ondan getmir ki, Azərbaycan vətəndaşları hasarlanmış Xəzərin içərisinə girib çimərliklərdən istifadə etməkdə məhdudlanıblar. Söhbət həm də ondan gedir ki, hasarlar turizmin inkişafına mane olur. Bu, birmənalı şəkildə yolverilən hal deyil”.
Xəzər dənizi iynədirmi, hasarı görünməsin?...
F.Ağamalı "İllərdir Xəzər hasarlanıb, bu iynə deyil ki, harasa düşə və gözdən yayına. Vətəndaşlar da, dövlət qurumları da bunu aydın görür. Hətta səlahiyyət sahibi dövlət qurumlarına ünvanladığımız sorğulara cavab olaraq, "bununla bağlı məlumat yoxdur”, "bu mövzuya toxunmayın” kimi göstərişlərdə bulunurlar. Yəni hamımız görə-görə problemə göz yumuruq. Bəs niyə problemin qarşısı alınmır?” fikirlərimizi belə cavablandırıb:
"Doğrudur. Mən həm də onu demək istəyirəm ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı ciddi siyasi iradə ortaya qoyulub. Turizm qeyri-neft sektorunun ən gəlirli sahələrindən biridir. Elə kiçik ölkələr var ki, məhz turizmin inkişafı ilə ölkəyə milyardlarla valyuta axınına səbəb olur, bücələrini turizmdən gələn gəlir hesabına formalaşdırırlar.
Xəzər başdan-başa turizm üçün yararlıdır, həm suyu, həm də sahilindəki qumsallıq turizm üçün son dərəcə əlverişlidir. Ayrı-ayrı oliqarxlar dənizi hasarlayaraq, həm xalqın ora daxil olmasını məhdudlaşdırır, həm də turizmin inkişafını ləngidir.
Görünən odur ki, qəbul edilmiş qanunlar bunu aradan qaldırmaq üçün kifayət deyil. Düşünürəm ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Xəzərin hasarlardan azad olunması üçün də sərt mövqeyini ortaya qoymalıdır”.
"5-10 nəfər hektarlarla əraziyə sahiblənib”
Deputat qeyd edib ki, çıxış yolu hasara alınmış Xəzərin bir neçə ailənin ixtiyarından çıxarılıb, Azərbaycan xalqının və turistlərin ixtiyarına verilməsidir:
"Onlara təklif oluna bilər ki, həmin yerdə otellər, ticarət mərkəzləri inşa edilsin, turistləri cəlb etsinlər. Həm sahibkar kimi pul qazansınlar, həm də dövlətə vergi versinlər. Bir ailənin, 5-10 nəfərin hektarlarla, min metrlərlə dənizi hasarlamağa nə ehtiyacı var?! Bu nə görməmişlikdir, bu nə acgözlükdür?! Onlara təkliflər verilə bilər. Qəbul etmirlərsə, qanunevriciliyə uyğun addımlar atılmalıdır. Qanunda göstərilib ki, dövlət maraqları üçün istənilən məhdudiyyətlər aradan qaldırılmalıdır, əgər özəlləşdirilirsə kompensasiyası verilməlidir. Özəlləşməyibsə, icarə müqaviləsi ləğv olunaraq, tender elan olunur. Azərbaycanda kifayət qədər imkanlı insanlar, biznesmenlər var. Onlar bu tenderlərdə iştirak edərək, həmin yerlərin işlədilməsinə nail ola bilərlər.
Nəticədə Xəzər dənizi hasardan azad olunar, ətrafı gözəlləşər və turizm məkanına çevrilər. Burada həm dövlət, həm də xalq qazanır, Azərbaycan Xəzərlə dünya xalqlarının üzünə geniş istirahət imkanlarını aça bilər”.
"Prezident bununla bağlı sənədə imza ata bilər”
Deputat eyni zaamnda, dənizə tökülən çirkab sularla bağlı da həyəcan təbili çalıb:
"Çirkab suların dənizə axıdılmasının qarşısı alınmalıdır. Nardarandan başlayaraq, Abşeron sahillərinədək çirkab sular Xəzərə axıdılır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlərin nəticəsində bir çox çimərliklərdən istifadə olunması məsləhət görülmədi. Çünki sular çirkab içərisindədir. Bunun qarşısının alınması üçün ciddi dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Xəzər dənizi Tanrının, təbiətin bizə bəxş etdiyi son dərəcə gözəl və əvəzsiz nemətdir. Xəzərdə neft və qaz istismar etməklə problemlərimizi həllində kifayətlənməli deyilik. Eyni zamanda, Xəzərdən turizm məkanı kimi istifadə edib dövlət büdcəsinə vəsait cəlb edə bilərik. Ona görə də müvafiq qurumlar müzakirələr apararaq, konkret təkliflər hazırlayaraq, dövlət başçısına müraciət etməlidir. Əminəm ki, Prezident hər zaman olduğu kimi, bu təkliflərə də həssas yanaşıb, konkret addımlar atılması üçün tapşırıqlarını verər və lazımi sənədlərə imza ata bilər”.
Oxşar Xəbərlər
Görəsən Xəzər dənizi nə zaman hasarlardan azad ediləcək?
XƏZƏRİ “İŞĞALDAN” AZAD ETMƏK MÜMKÜNDÜRMÜ? – Sahilboyu ərazilərin zəbt olunmasında kimlər iştirak edib? (ARAŞDIRMA)
Əkilməyən torpaqlar geri qaytarılır- Xəbərdarlıq
"Xəzəri çirkləndirənlərə qarşı ən sərt sanksiyalar tətbiq olunacaq" - Umayra Tağıyeva
Xəbər lenti
Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir
Taksilərlə bağlı qərardan sonra "Prius"lar UCUZLAŞACAQ? -
QİYMƏTLƏR/FOTO
ƏLİYEV VƏ RƏİSİNİN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? –
“Tehranın siyasəti Bakıda ciddi suallar yaradır”
Talıbovlar yenidən meydan oxuyur:
Naxçıvanda nə baş verir?
Ramiz Mehdiyev məhkəmə qarşısında -
Bu hüququndan məhrum edilə bilər
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır
Mərkəzi Bankın faiz qərarı -
Manatın taleyi...
“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”
31 mart -Azərbaycanlıların Soyqırımı Günü
Putinin fəlakətli son səhvi İŞİD Rusiyaya qarşı müharibəyə başlayır
Emin Ağalarov və atasından “Crocus” qurbanlarına 100 milyonluq yardım
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi
Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyiti tapıldı
Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək -
DETALLAR
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
Ombudsman icra başçısını təltif etdi
-Foto
Bakı metrosunun bir stansiyasında alışma olub -
VİDEO
Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir-
İCRA ORQANI HARA BAXIR?
Azərbaycanda yeraltı təkanlar günü-gündən artır:
Güclü zəlzələ gözlənilirmi?
Gülağa Bağırovun 1 milyon manatdan çox pul xərclədiyi
TENDERLƏRİN AQİBƏTİ NECƏ OLUB?
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
Sabah havanın temperaturu 21 dərəcəyədək artacaq
Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA -
FOTO
3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı
RƏSMİ AÇIQLAMA
Bakıda qəbiristanlıqda çayxana tikmək istəyiblər -
ŞOK GÖRÜNTÜLƏR
Tblisidə parklanma qiymətləri -
ARAŞDIRMA
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan
XƏBƏR VAR
Bu da Nigar Camalın QARDAŞI -
FOTO
Rubl görün neçəyə oldu -
SON DƏQİQƏ
30 yaşadək olan şəxslərin DİQQƏTİNƏ! -
Müdafiə Nazirliyi ELAN VERDİ VİDEO
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq -
RƏSMİ
SON DƏQİQƏ!
XİN məlumat yaydı
Azərbaycanın quru sərhədləri açılmayacaq
Novruz bayramı Azərbaycan xalqının ən mühüm bayramlarından biridir
Prezident İlham Əliyev: Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki
Rusiyaya işləməyə gedənlərə yeni QADAĞA
Bakıda liftdən meyit tapıldı
DİN-dən "Narkotələ" əməliyyatı:
157 kq narkotik ələ keçdi, 28 nəfər tutuldu (VİDEO)
Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: günü 30 manat -
SİYAHI + FOTO
İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? -
3 milyonluq kredit mübahisəsi...
TALIBOVUN OĞLU QƏFİL ALİ MƏCLİSDƏ PEYDA OLDU –
Fuad Nəcəfli Rza Talıbovu qapıdan geri qaytarıb
Prezidentin Xankəndi şəhərində xalqa müraciəti ümidverici mesajlarla dolu oldu
Novruz Bayramının Azad Edilmiş Topraqlarda qeyd edilməsinin Simvolik Önəmi
“Krokus”a hücumda sensasion izlər –
Bakıya da mesaj var…
Türkiyədə zəlzələ baş verib
Axtarışda olan 43 nəfər saxlanıldı
PRİZMA
31 mart -Azərbaycanlıların Soyqırımı Günü
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Taksilərlə bağlı qərardan sonra "Prius"lar UCUZLAŞACAQ? -
QİYMƏTLƏR/FOTO
Ev alanlara ŞAD XƏBƏR: Çıxarış veriləcək -
DETALLAR
Azərbaycanda yeraltı təkanlar günü-gündən artır:
Güclü zəlzələ gözlənilirmi?
Bu da Nigar Camalın QARDAŞI -
FOTO
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq -
RƏSMİ
Bakının mərkəzində yeni parkinq QİYMƏTLƏRİ: günü 30 manat -
SİYAHI + FOTO
{sape_links}{sape_article}