“Türkiyə suveren hüquqlarını qətiyyətlə müdafiə edəcək” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

“Türkiyə suveren hüquqlarını qətiyyətlə müdafiə edəcək” - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 

"Azərbaycan Türkiyənin bu siyasətini dəstəkləməlidir”

"Aralıq dənizində Türkiyəyə qarşı qəsd hazırlanır. Təbii ki, Türkiyə bu kimi qəsdin qarşısını qətiyyətlə alacaq, Aralıq dənizində öz suveren hüquqlarını qətiyyətlə müdafiə edəcək. Bu, regionda yeni münaqişə ocağının yaranmasına, benəlxalq konyukturada yeni gərginliyə yol açacaq”. Sozcu.info xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə şərh edib.

"Yunanıstan tərəfinin hərbi təxribatları istisna edilmir”

Əsədullazadə qeyd edib ki Aralıq dənizinin Şərq sahillərində yeni qaz yataqları kəşf olunub:"ABŞ başda olmaqla İsrail, Yunanıstan, Misir və Yunan Kipri burada qazma işləri apararaq Türkiyə tərəfinin maraqlarını heçə saymaqdadır. Türkiyə bu proseslər fonunda dərhal qarşılıq verərək öz qazma və geoloji kəşfiyyat gəmilərini bölgəyə göndərib və öz ərazi hüdudları, həmçinin maraq dairəsi yaxınlığı çərçivəsində qaz yataqlarının tədqiqini həyata keçirir. Regionda hərbi gərginlik artmaqla, Yunanıstan tərəfinin hərbi təxribatları istisna edilmir”.

"Baş verənlər Yunanıstan üçün acı nəticələrlə sona çata bilər”

"Aralıq dənizinin Şərq sahillərində ixrac edilən qaz Avropanin enerji təhlükəziliyinin tam edilməsinə gətirib çıxaracaq. Burada əsas rolu Türkiyə tutmaqla, həmçinin Yunan Kiprinin də maraqlarını nəzərə alınacağını vurğulayır. Amma Yunan Kipri burada türkləri sıxışdırmaqla prosesdən uzaq tutmağa çalışır. Baş verənlər ötən əsrin 70-ci illərini xatırladır. Burada baş verənlər Yunanıstan üçün acı nəticələrlə sona çata bilər”,-deyə politoloq vurğulayıb.

"Aralıq dənizində pay bölgüsü həyata keçirilməsə, yeni müharibənin olması qaçılmaz olacaq”

M. Əsədullazadə hesab edir ki, ABŞ, İsrail, Yunanıstan və Misir birgə hərbi koalisiyasını təşkil etsə də, nəticələr Türkiyənin əleyhinə gətirib çıxarmayacaq: "Türkiyənin burada apardığı qazma əməliyyatlarına qarşı Avropa İttifaqı və Rusiya da öz narazılığını ifadə edib, hətta Avropa İttifaqı Türkiyəni sanksiyalarla hədələyib. Əsasən Yunanıstanı dəstəkləyən bu dövlətlərin Türkiyənin burada qaz axtarışına qarşı çıxır və Ankaranı buradan uzaqlaşdırmağa çalışırlar. Aralıq dənizində pay bölgüsü həyata keçirilməsə, yeni müharibənin olması qaçılmaz olacaq. Türkiyəyə qarşı cəbhələşən bu qüvvələr təxribata əl ata bilərlər. Artıq Aralıq dənizinin Şərq sahilində ani təxribatlar yeni dəniz müharibəsinin başlanmasına gətirə bilər. Burada bəzi dövlətlər maraqlıdır və çalışırlar ki, bunu Yunanıstanın əli ilə həyata keçirsinlər. Türkiyə özünə qarşı bu cəbhəyə Çin və İranı daxil edə bilər. Hərbi vəziyyət yaranarsa, Rusiya da Türkiyəni dəstəkləyə bilər. Azərbaycan da qəti şəkildə Türkiyənin bu siyasətini dəstəkləməlidir və proseslər gərginlik fazasına keçərsə, Azərbaycan öz kömək əlini uzatmalıdır”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}