Nur-Sultan şəhərində fəaliyyət göstərən “Xəzər” Azərbaycan Etnomədəni Mərkəzi elmi-praktik konfransa qatılıb.

     

Nur-Sultan şəhərində fəaliyyət göstərən “Xəzər”

 

 

 Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Qazaxıstan Xalqları Assambleyasının təşəbbüsü ilə "Kazaktanu (qazaxşünaslıq) – xalqın birliyin əsası” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfrasda Qazaxıstanda fəaliyyət göstərən Milli  Mədəni Mərkəzlərlə yanaşı Nur-Sultan şəhərində qeydə alınmış  "Xəzər” Azərbaycan Etnomədəni Mərkəzinin idarə heyətinin sədri Vidadi Ağayev və qrumun əməkdaşları iştirak ediblər. Vidadi Ağayevin verdiyi məlumata görə, elmi-praktiki  konfransda Nur-Sultan şəhər akiminin müavini Bəxtiyar Makenov "Kазаkтану" layihəsi barədə ətraflı məlumat verərərək, tədbirin əsas məqsədlərdən birinin etnik mənsubiyyətindən asılı olmayaraq, ümumi mədəni eynilik və vahid dəyərlər, tarixi təfəkkür əsasında qazax xalqının birliyinin möhkəmləndirilməsi olduğunu qeyd etmişdir. Onun fikrincə, respublikada yaşayan xalqlar arasında  ümumi dəyərlərin zənginləşməsinə və formalaşmasına layihə öz müsbət töhfəsini verəcəkdir.Konfrans çərçivəsində dahi qazax yazıçısı və mütəfəkkiri Abay Kunanbayevin əsərlərindən parçalar səsləndirilib.

Onuda qeyd edək ki, Qazaxıstan Respublikasında azərbaycanlılar tərəfindən yaradılmış Qeyri Hökumət Təşkilatları və  Etnomədəni mərkəzlər ölkənin ictimai-siyasi həyatında, eləcə də xalqlararası siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə yönəldilmiş tədbirlərdə fəal iştirak edirlər.

 

    A.Məmmədli,

"Yeni Sözçü”qəzeti 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}