Dərbənd şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Dərbənd şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılacaq

 


 

    Rusiya Federasiyasının Dərbənddə şəhərində dahi azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkda, yaxın vaxtlarda şairin yeni abidəsinin ucaldılması gözlənilir. Dərbəndə fəaliyyət göstərən Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətindən verilən məlumata görə, Nizami Gəncəvinin parkda ucaldılacaq abidəsi barədə elan edilmiş müsabiqəyə bu günlərdə yekun vurularaq qalib müəyyən edilib. İctimai təşkilatın üzvü Telman Tahirlinin dediyinə görə münsüflər heyətinə Dağıstanı, Rusiyanı və yaxın xarici dövlətləri təmsil edən heykəltaraşlar tərəfindən  ümumilikdə 5 heykəlin eskizi təqdim olunmuşdur. Səsvermə yolu ilə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Rusiya Rəssamlar İttifaqının üzvü, Dağıstan Respublikasının xalq rəssamı, Dağıstan Respublikasının Dövlət mükafatı laureatı heykəltəraş Məhəmmədəli Məhəmmədovun təqdim etdiyi  işi qalib elan olunub.

    Xatırladaq ki, dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, orta əsr şərqinin ən böyük şairlərindən biri, farsdilli ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri kimi, farsdilli poeziyanın klassiki və farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi hesab olunur. Onun yaradıcılığının Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük əhəmiyyəti vardır.

 

    A.Məmmədli,

   "Yeni Sözcü”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}