"100 min insanın leşini dənizə atacağıq" - ŞOK AÇIQLAMA

"100 min insanın leşini dənizə atacağıq" -

 

"Prezidentlik dövrümün sonuna qədər sağ qalsam, bunu icra edəcəm".
 
Filippinin prezidenti Rodrigo Roa Duterte hökumət rəsmilərinin qanunsuz narkotik alveri ilə bağları olduğunu deyib. Bundan əvvəl prezident narkotik alverçilərini güllələmək əmrinin qüvvədə olduğunu xatırlatmışdı: "Prezidentlik dövrümün sonuna qədər sağ qalsam, bunu icra edəcəm".
 
"Azadlıq" radiosunun məlumatına görə, prezident 158 məmurun adını çəkib - onların çoxu polis və hərbçilərdir, aralarında Konqres üzvü və yeddi hakim var.
 
Prezident administrasiyasının press-relizinə görə, Duterte deyib: "İnsan haqları mənə maraqlı deyil".
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 71 yaşlı Duterte bu ilin mayında hakimiyyətə gələndən bəri 800 nəfəri güllələtdirib.
 
BMT-nin narkotik əleyhinə ofisi beynəlxalq insan haqlarına qoşularaq kütləvi ölümləri pisləyib, bildirib ki, narkotik alverində və istifadəsində şübhəli bilinənlərin öldürülməsi qanunsuzdur.
 
Polis bildirib ki, 500 mindən çox adam hökumətə təslim olub və narkotik istifadəsini dayandıracağını deyib.
Bu arada bəlli olub ki, Dutertenin prezident səlahiyyətlərinin icrasına başladığı gündən bəri 1000-dən artıq narkodileri polis əməkdaşları və ya "asayişə dəstək dəstələrinin könüllüləri" qətlə yetiriblər.
"Bu murdarların axırına çıxacağıq. 100 min murdarın cəsədlərini Manila körfəzinə atacağıq və balıqlar onların leşlərini yeyərək piy bağlayacaqlar. Bu fahişə balaları övladlarımızı öldürürlər. Ey murdarlar! Sizə xəbərdarlıq edirəm. Polis əməkdaşı olsanız belə, sizi məhv edəcəyik", - prezident Duterte deyib.
 
Filippində narkoticarətlə mübarizədə polisə tam kart-blanş, hərəkət azadlığı verilib. Belə ki, narkotacirlərlə mübarizədə polis insan haqlarını və qanunları pozsa da, onlar bağışlanacaqlar, cəzalanmayacaqlar.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}