Diaspora rəhbəri Misir Parlamentinin sədrinin birinci müavini ilə görüşüb

 Diaspora rəhbəri Misir Parlamentinin sədrinin birinci müavini ilə görüşüb

 

       Misir Ərəb Respublikasındakı "Vətənpərvər”-Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədiqatçı alim Seymur Nəsirov parlamentin sədrinin birinci müavini əl-Seyyid Mahmudəl-Şəriflə görüşüb. Diaspora rəhbərinin verdiyi məlumata görə, görüşdə  Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələr barədə fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını diqqətə çatdırılıb. Tədiqatçı-alim S.Nəsirov Azərbaycan həqiqətlərindən danışarkən, Xocalıda törədilən soyqırımından geniş söhbət açaraq, faciənin dünyanın bir çox ölkələri tərəfindən soyqırım kimi qəbul olduğunu Misir Parlamentinin sərinin birinci müavinin diqqətinə çatdırmışdır.

       Parlament sədrinin birinci müavini Əl-Seyyid Azərbaycana ettdiyi səfərlərdən söhbət açaraq, Azərbaycanın dünyanın ən gözəl diyarlarından biri olduğunu qeyd etmişdir. O, dünyanın dini liderlərinin noyabr ayında Azərbaycanda nəzərdə tutulan konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcəyini açıqlamışdır. Bu vacib tədbirın, Bakıda keçirilən bütün beynəlxalq tədbirlər kimi, ən yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirərək, bu konfransın sivilizasiyalararası və dini dialoqun möhkəmləndirilməsinə böyük töhfələr verəcəyini diqqətə çatdırmışdır. Əl-Seyid, hər zaman Azərbaycan diasporuna lazimi dəstəyi verməyə hazır olduğunu bildirərək, son illər Azərbaycana səfər edən Misirli turistlərin sayının artması ölkələrimiz arasında əlaqələrin gündən günə inkişaf etdiyinin bariz nümünəsi olduğunu bildirmişdir. Əl-Seyyid Mahmud əl-Şərif iki ölkənin parlamentləri arasındakı əlaqələri yüksək qiymətləndirərək, Parlamentlərarası dostluq qrupunun fəaliyyəti çərçivəsində görülən işlərin iki tərəfli əməkdaşlığın dərinləşməsinə önəm verdiyini xüsusi vurğulamışdır.

    A.Məmmədli,

    "Yeni Sözcü”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}