İstanbulda daha bir şiddətli zəlzələ - Məktəblər bağlandı (YENİLƏNDİ)

İstanbulda daha bir şiddətli zəlzələ - Məktəblər bağlandı (YENİLƏNDİ)

 

Ard-arda baş verən zəlzələnin törədəcəyi fəsadın nəticələrini maksimum azaltmaq məqsədilə İstanbul və Kocaelidə məktəblər bağlanıb.

Sozcu.info xəbər verir ki, tədris ocaqlarında müvəqqəti tətil elan olunub.

***

15:37

İstanbulun Silivri bölgəsində 5,8 bal gücündə zəlzələ meydana gəlib.

Sozcu.info  xəbər verir ki, AFAD zəlzələnin episentrinin 6,99 km dərinlikdə olduğunu açıqlayıb.

Sarsıntı şəhərdə şiddətli şəkildə hiss edilib.

***

12:58

İstanbulun Silivri bölgəsində yenidən zəlzələ meydana gəlib.

Sozcu.info  xəbər verir ki, Mərmərə Seysmik Xətti üzərində 3,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Boğaziçi Universiteti Kandilli Rəsədxanasının məlumatına görə, ötən gün baş verən 4,6 bal gücündəki zəlzələdən sonra bölgədə 30-a yaxın avterşoklar qeydə alınıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}