FRANSADA ÜMUMXALQ TƏTİLİ! - Polis təzyiqli su və bibər qazı ilə müdaxilə etdi - VİDEO

FRANSADA ÜMUMXALQ TƏTİLİ!

 

Sozcu.info  xəbər verir ki, Fransada polis etirazçılara təzyiqli su və bibər qazı ilə müdaxilə edib.Fransada xalq Fransa prezidenti Emmenuel Makron hökumətinin təqaüd proqramına etirazını bildirmək üçün dünən müddətsiz tətilə başlayıb. Fransa mediası etirazlara ölkə miqyasında 800 min nəfərdən artıq insanın qoşulduğunu bəyan edib.Yerli medianın yazdığına görə, paytaxt Parisdə 65 min, ümumilikdə isə 806 min nəfər tətil etməyə başlayıb.Tətilə qoşulanlar arasında Parisin ictimai nqliyyat işçiləri, "Air France” Hava Yolları əməkdaşları, təcili yardım işçiləri, polislər, həkimlər və tibb bacıları da var.Hərəkət dondu, hava səfərləri ləğv edildiDünən keçirilən mitinqlər və tətil nəticəsində sürətli qatar səfərlərinin 90 faizi, Paris metro səfərlərinin isə əksəriyyəti, yüzlərlə uçuş təxirə salınıb, məktəblərin çoxu  açılmayıb. "Fransa Hava Yolları” şirkəti dünən üç marşrut üzrə uçuşların 30 faizinin ləğv edildiyini bəyan eləmişdi.Gərginlik artıb6 min nəfər polisin xidmət elədiyi Paris şəhərində nümayişçilərə bibər qazı və təzyiqli su ilə müdaxilə edildiyi xəbəri yayılıb.60 nəfərin həbs edildiyi bildirilir.

 


 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}