Putinin 15-ci illik mətbuat konfransı: 1895 xarici və jurnalist akkreditə olunub

Putinin 15-ci illik mətbuat konfransı: 1895 xarici və jurnalist akkreditə olunub

 

Moskvada Rusiya Prezidenti Vladimir Putinin 15-ci illik böyük mətbuat konfransı başlayıb.

 

Bu il onun böyük mətbuat konfransı ötənilki rekordu qırıb: konfransa 1895 xarici və Rusiya KİV nümayəndəsi akkreditə olunub.

 

"Report" Azərbaycandan mətbuat konfransında müxbirinin iştirak edəcəyi yeganə informasiya agentliyi olub.

 

Mətbuat konfransında Azərbaycan KİV-dən həmçinin İctimai televiziya akkreditasiya alıb.

 

"Rossiya1", "Rossiya24", Birinci Kanal, NTV, həmçinin "Mayak", "Vesti FM" və "Radio Rossiya" radiostansiyaları mətbuat konfransını canlı yayımlayacaqlar.

 

Qeyd edək ki, V.Putinin ən qısa çəkən - 1 saat 35 dəqiqə davam edən mətbuat konfransı 2001-ci ildə jurnalistlərlə ilk görüşündə, ən uzunmüddətlisi (4 saat 40 dəqiqə) isə 2008-ci ildəki mətbuat konfransında qeydə alınıb. 2004-cü ildən bəri Rusiya dövlət başçısının jurnalistlərlə ünsiyyəti hər il 3 saatdan çox davam edir/Report.


 
 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}