18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Sozcu.info xəbər verir ki, Rusiya Hindistan üçün S-400 zenit-raket hava hücumundan müdafiə komplekslərini istehsal eləməyə başlayıb. Məlumatı "RİA Novosti” agentliyinə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov verib. O deyib: "Rusiya müqavilədə nəzərdə tutlan vaxtda Hindistana S-400 sistemlərini təhvil verəcək. Ümumilikdə, tərəflər öz üzərlərinə götürdükləri öhdəlikləri, o cümlədən, ödənişi tam həcmdə yerinə yetirirlər. Həmçinin, Hindistanda təlim mərkəzinin yaradılması istiqamətində də iş gedir”.
2018-ci il, oktyabrın əvvəlində Rusiya ilə Hindistan S-400 komplekslərinin satışı ilə bağlı müqavilə imzalayıblar. Yeni zenit-raket sistemlərinin beş dəstin Nyu-Dehliyə 5,43 milyard dollara başa gələcək. Bu saziş "Rosoboroneksport”un fəaliyyəti tarixində ən böyük sövdəlşmə hesab edilir. Komplekslərin təhvil verilməsini 2025-ci ilin birinci yarısında başa çatdırmaq nəzərdə tutulur.
Rusiyanın böyük və orta mənzilli zenit-raket sistemi S-400 "Triumf” hava-kosmos hücumunun bütün müasir və perspektiv vasitələtini məhv eləmək üçün nəzərdə tutulur.
S-400 almaq üçün Hindistandan başqa, Türkiyə və Çin də Rusiya ilə müqavilə imzalayıb. İraq hakimiyyəti də komplekslərin alınması imkanlarını nəzərdən keçirir.