Vyanada neftin taleyini həll edən kritik toplantı - BİN SALMAN GECƏ YARISI MƏZƏNNƏNİ İKİQAT ARTIRDI...

Vyanada neftin taleyini həll edən kritik toplantı

 

Vyanada neft hasil edən ölkələrin OPEC+ formatında növbəti toplantısı keçirilir və nazirlər səviyyəsiində keçirilən bu toplantıda koronavirus epidemiyasına görə kəskin ucuzlaşan neftin qiymətlərini sabitləşdirmək üçün hasilatın azaldılması razılaşmasının uzadılması müzakirə olunur.

Sozcu.info  xəbər verir ki, iki il əvvəl əldə edilən həmin razılaşmaya əsasən OPEC+ ölkələri (Azərbaycan, Rusiya və Qazaxıstan da bu formata daxildir) hasilatı gündəlik 1.5 milyon barrel həcmində azaltmaq öhdəliyi götürmüşdülər. Və hər dəfə həmin razılaşmanın müddəti uzadılırdı, nəticədə neftin qiymətini 60-65 dollar səviyyəsində sabit saxlamaq mümkün olurdu. Lakin ilin əvvəlindən əvvəlcə Çini, daha sonra onlarla ölkəni bürüyən koronavirus epidemiyasının təsiri ilə tələbat kəskin azaldı, nəticədə neft 50 dollara qədər ucuzlaşdı.

Belə vəziyyətdə hasilatçı ölkələrin nazirləri dünən martın 5-də Vyanaya toplaşıblar və həmin razılaşmanın müddətinin uzadılmasını, üstəlik hasilatın daha çox ixtisar edilməsini müzakirə edirlər. Lakin Rusiya hasilatın azaldılmasına dair razılaşmanın uzadılmasının əleyhinədir və bazardakı mövqelərini qorumaq üçün neftin ucuzlaşması bahasına da olsa əvvəlki hasilat həcmini saxlamaq istəyir. Səudiyyə Ərəbistanı isə hasilatın daha çox azaldılmasını təklif edir.

Nəticədə dünən gecə yarıya qədər davam edən müzakirələrdə anlaşma əldə olunmayıb. Rusiya və Qazaxıstan nazirləri iclas zalını yarımçıq tərk edib və müzakirələrin bu gün davam etdirilməsi qərara alınıb.

Səudiyyə Ərəbistanı isə OPEC+ üzrə əsas partnyorları ilə konsensus əldə edə bilməsə də gecə yarısı məzənnəni ikiqat artırıb. Bundan əvvəl tərəflər hasilatın 1.5 milyon barrel azaldılmasına dair razılaşmanın müddətinin ancaq ilin ikinci kvartalı ərzində uzadılması barədə ilkin razılaşma əldə edilmişdi, lakin indi Səudiyyə Ərəbistanının təklifinə əsasən neft hasilatı daha 1.5 milyon barrel azaldılmalıdır, üstəlik razılaşma bütün il boyu qüvvədə olmalıdır. Nəticədə alyansda parçalanma riski yaranı və məsələni Rusiyanın energetika naziri Aleksandr Novakla onun səudiyyəli həmkarı, şahzadə  Əbdüləziz bin Salman bu gün ikitərəfli görüşdə müzakirə edəcəklər.

Azərbaycnın energetika naziri Pərviz Şahbazov isə TASS-ın müxbirinə bildirib ki, hələlik OPEC+ razılaşmasının uzadılmasının konkret müddətləri haqda danışmaq tezdir. Şahbazov habelə Azərbaycanıb bu məsələdəki mövqeyini şərh etmək istəməyib. Nazir deyib ki, o Səudiyyə Ərəbistanının təklifi haqda bilir, amma qərar bu gün martın 6-da veriləcək.

"Hesab edirəm ki, sabah hökmən bu məsələ ilə bağlı qərar verilməlidir. Hasilatın hansı həcmdə azaldılmalı olduğu haqda isə mən indi heç nə danışmaq istəmirəm”,-o bildirib.

Şahbazov deyib ki, bazar hazırda müəyyən tədbirlərin görülməsini tələb edir və OPEC+ razılaşması bazara müsbət təsir edən yeganə alətdir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}