Rus mətbuatı Səudiyyəni “ABŞ-ın altına yatan fahişə” adlandırdı : "NEFT BAZARINI DAĞIDAN MƏHZ ODUR"

Rus mətbuatı Səudiyyəni “ABŞ-ın altına yatan fahişə” adlandırdı

 

Hazırda rus KİV-lərində Rusiya iqtisadiyyatı haqqında qeyri-adekvat süjetlər gedir. Bu, 2020-ci ilin çöküşünədək olan durum idi. Ancaq indi başqa durum yaranıb və Rusiyanın başqa iqtisadiyyatı, yəni 2020-ci ilin çöküşündən sonrakı iqtisadiyyat haqqında danışmaq lazımdır.

Bu durum hələ ki, davam edir. Buna görə də, məncə, hazırda Konstitusiyanın müzakirə olunması o qədər də aktual deyilBu, diqqəti yayındırmaqdır. Mənim RF Konstitusiyası və ümumdünya siyasi-iqtisadi durumu haqqındakı düşüncələrim aşağıdakı kimidir:

1. Rusiyada siyasi-iqtisadi mobilizasiya formatına keçməyin vaxtı çatıb. Ola bilsin, hakimiyyətə görə, yeni Konstitusiyanın qəbul edilməsi elə Vətənin xilas edilməsi üçün bu mobilizasiyanın başlıca şərtlərindən biri olacaq. Eyvah! Başqa şey hiss edilir və o, təəssüf ki, Vətənin deyil, hakimiyyətin xilas edilməsilə əlaqədardır.

Konstitusiyanın müxtəlif yeni maddələrinin xəyali aktuallığı altında hakimiyyətlə və onun sıfırlamaq yolu ilə konservləşdirilməsiylə əlaqədar müddəa əlavə edilib. Həqiqətənmi, Rusiyada heç bir şeyin qurulub başa çatdırılmamasının və nizama salınmamasının başlıca səbəbi Əsas Qanun, yəni Konstitusiyadır? Bu yeni Konstitusiya, çox güman ki, yeni və gələcək şəraitdə, dünya birliyi bizim indiki hakimiyyətə suallar verdikdə Rusiya hakimiyyətinin arqumenti olacaqdır. Üstəlik, bu suallar indiki hakimiyyət getdikdən sonra da veriləcəkdir. Ona görə də yeni Konstitusiya ilə sığortalanmaq hakimiyyət üçün faydalıdır. Yeni Konstitusiyanın Vətən üçün nə qədər faydalı olması isə, hələ ki, diskussiyalıq məsələdir.

2. Bu arada, dünyada adı Xirosima, atasının adı Naqasaki, soyadı isə Hegemon olan bir "xala” (ABŞ nəzərdə tutulur – tərc.) yaşayır. Bəşəriyyət onu tanımalı və xatırlamalıdır. Qərbdən yemlənənlər və Vətəndən qaçmağı düşünənlər bu Xirosima "xala” haqqında sual vermirlər. Nə üçün bu "xala”nı yada saldım? Çünki Vətənimiz daxildəki kleptokratik hakimiyyətlə xaricdəki bu "xala”nın idarəçiliyində olan, təbii ehtiyatlarla zəngin ölkəmizi yemək istəyən rəqabət edən heyvanların arasında asılı vəziyyətdə qalıb.

Yeri gəlmişkən, bu "xala” Çin "dayı” ilə dostluq edir, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri timsalında "neft fahişələri”ndən də istifadə edir. Onlar OPEC-də Rusiya ilə aparılan dialoqda heç də təsadüfən pozucu formatda yer almadılar. Üstəlik, onu da qeyd edək ki, Vətən özünü ona görə itirə bilər ki, bu Xirosima "xala”ya sual vermək istəməyən rusiyalıların sayı artır. Axı bu "xala” onları yedizdirib.

3. İnqilab, repressiyalar, mülayimləşmə, durğunluq, yenidənqurma, islahat, yenidənyükləmə və nəhayət, sıfırlama. Dünya onsuz da zər atırdı, indi daha çox oynayır… Turistlər (qumarda – tərc.) banka qoyulan pula, seçicilər isə sıfra, sıfırlamaya ümid edirlər.

4. Əgər fevralda neft bazarının başlıca amili istehlak perspektivləri idisə, – çünki koronavirusun yayılmasının yıxıcı təsir etməsi səbəbilə dünya iqtisadi artımına yenidən baxılmışdı, – martda bura təklif amili də əlavə olunduSəudlar 2-ci qiymət müharibəsini başlamağa qərar verdilər. Bu, formal olaraq Rusiyaya, faktiki isə amerikan şist-neftçiləri də daxil olmaqla, hamıya qarşıdır. Onlar gündəlik istehsalı bugünkü 9,8 milyon barreldən 13 milyon barrelə qaldırmaqla, neft bazarını doldurmaqla təhdid edirlərBu gün onlara BƏƏ də qoşuldu. Birbaşa alıcılara süni şəkildə endirilmiş qiymətlərlə satış da daxil olmaqla, belə aqressiv davranış neft müharibəsində qalib gəlmək niyyətindən xəbər verir. Lakin sonda kimin qalib gələcəyini zaman göstərəcək.

Ümumiyyətlə, indi ilk növbədə ABŞ-ın neft ehtiyatları, hətta koronavirusla bağlı deyil, "OPEC+”-un mümkün fövqəladə yeni iclası haqqında xəbərləri izləmək lazımdır.

5. Ancaq Səudiyyə Ərəbistanının Rusiya ilə danışığı olacaqmı? Çox güman ki, olmayacaq, çünki artıq Hegemonun idarəçiliyi altında Rusiyanın neft-iqtisadi durumunun təxrib edilməsi layihəsinin həyata keçirilməsi başlayıb. Və Yaxın Şərqin "neft fahişələri”ndən istifadə edən Hegemon, əlbəttə, bu layihəni qapatmayacaq.

6. Heç kim düşünməsin ki, postmodern alətlərlə və düşüncələrlə yalnız Hegemon silahlanıb. Bizimki də bunlara sahibdir. Və "reallıqdan real olan” virtual reallıq yaradacaq, lakin bəzən reallıqda lazımi geopolitika həyata keçirəcəkdir. Beləliklə, bütün baxışlar Yaxın Şərqə, ABŞ-ın altına yatan fahişəyə, yəni Səudiyyə Ərəbistanına yönəlib. ABŞ-ın planı üzrə neft bazarını dağıdan məhz odur.

Ramil Qarifullin

"Exo Moskvı” radiosu, Rusiya, 12 mart 2020-ci il

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}