Lukaşenko: “Qələbə paradı ləğv edilə bilməz”

 

9 May Qələbə günü münasibətilə bayram tədbirləri ləğv edilə bilməz.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Deməliyəm ki, paradı ləğv edə bilmərik. Mən bu barədə çox düşündüm. Əlbəttə, emosional, dərin ideoloji bir məsələdir", - deyə Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, müharibə veteranlarından sağ qalanların sayı çox azdır: "Veteranlarımız anlayırlar ki, biz onları xilas etməliyik. Onların yaşı 90-dan yuxarıdır və biz həmin şəxlərlə necə davranacağımızı düşünəcəyik. Hamımız görürük ki, bütün infeksiyalar ilk növbədə yaşlıları tutur. Buna görə heç kim kütləvi tədbirə məcbur edilməməlidir".

A.Lukaşenkonun bu açıqlaması Qamaley adına Rusiya Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı mütəxəssisi Viktor Lariçevin sərt reaksiyasına səbəb olub.

Alim bildirib ki, bu paradı keçirməkdə heç bir cəsarət yoxdur: "Bu, vəba vaxtı qalibiyyət keçirməyə bənzəyir. Bu, cəsarət yox, axmaqlıqdır”.

Mütəxəssisin fikrincə, bu tədbiri dayandırmaq lazımdır, çünki epidemiya vaxtı bu cür tədbirləri keçirmək olmaz: "Paradda tənəffüsü idarə etmək çətin olacaq, bəzilərində maska olacaq, bəzilərində yox”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}