Kim Kardaşyana oteldə silahlı basqın: milyonlarla dollarlıq əşyası qəsb olundu

Kim Kardaşyana oteldə silahlı basqın: milyonlarla dollarlıq əşyası qəsb olundu

 

Oktyabrın 3-nə keçən gecə Parisdəki otellərdən birində erməni əsilli amerikalı teleulduz və fotomodel Kim Kardaşyanın qaldığı nömrəyə silahlı basqın olub. 

Sozcu.info xəbər verir ki, bu haqda CNN telekanalı bildirir. Xəbərə əsasən iki silahlı şəxs polis formasında Kardaşyanın qaldığı nömrəyə basqın edərək onu silahla hədələyib. Kardaşyanın nümayəndəsi hadisəni təsdiqləyib: "O, dərin şok keçirib, ancaq fiziki olaraq salamatdır”.

Reuters agentliyi isə bildirir ki, basqın zamanı Kardaşyanın bir neçə milyon dollarlıq qiymətli əşyası oğurlanıb. Hücum edənlər isə beş nəfər olublar. Bildirilir ki, Kardaşyanın  əri Kanye Uest Nyu-Yorkda Meadows festivalında iştirak edirdi. O, hadisəni eşidəndə çıxışını yarımçıq kəsib və səhnəni tələsik tərk edib.

Hələlik Parisdə baş verən hadisəyə dair rəsmi məlumat verilmir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}