OPEK ekspertləri ayın sonu yenidən bir araya gələcək

 

Neft bazarının sabitləşdirilməsinə dair məsləhətləşmələr keçirmək üçün ekspertlər arasında  görüş 26-28 noyabr tarixlərində keçirilə bilər. Sozcu.info Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın energetika naziri Aleksandr Novakın məlumatına görə, görüşün konkret tarixi dəqiqləşdirilir. 

Aleksandr Novakın sözlərinə görə, Rusiya da həmin məsləhətləşmələrdə iştirak edəcək: "Mərhələli şəkildə irəliləmək lazımdır, növbəti mərhələ 26-28 noyabr tarixlərini əhatə edəcək. OPEK-in noyabrın 30-da keçiriləcək sammiti ərəfəsində ekspertlər bütün rəqəmləri bir daha nəzərdən keçirmək üçün növbəti dəfə bir araya gələcəklər”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}