Pentaqon: "Parisdə baş vermiş terror aktının təşkilatçıları öldürülüb"

Pentaqon: "Parisdə baş vermiş terror aktının təşkilatçıları öldürülüb"

 

ABŞ-ın Müdafiə Nazirliyi ötən ilin noyabrında Fransanın paytaxtı Paris şəhərində törədilmiş, 130 nəfərin öldürülməsi ilə nəticələnmiş terror aktının təşkilatçıları olmaqda şübhəli bilinən 2 nəfərin Suriyada öldürülməsi iddiası ilə çıxış edib.

Sozcu.info report-a istinadən xəbər verir ki, Pentaqon həmin şəxslərin dekabrın 4-də ABŞ Hərbi Hava Qüvvələrinin endirdikləri hava zərbələri nəticəsində məhv edildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, söhbət İŞİD üzvləri Salahe Qurma və Sammi Cedudan gedir. Onlarla birlikdə Brüsseldə ötən il baş vermiş terror aktının təşkilatçısı da məhv edilib.
Nazirliyin məlumatında qeyd edilir ki, hər üç şəxs Qərb ölkələrinə yeni hücumlar planlaşdırırmış. Lakin bu planın təfərrüatları barədə heç nə açıqlanmır.
Qeyd edək ki, Salah Qurma və Sammi Cedunun adları əvvəllər Fransanın paytaxtına hücumun təşkilatçıları arasında çəkilmirdi. Hesab edilirdi ki, bu hadisələri Salah Əbdüsəlim, Məhəmməd Abrini və Əbdülhəmid Abaud təşkil edib.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Parisdə baş vermiş partlayışlar zamanı 130 nəfər öldürülüb, bir neçə yüz insan isə xəsarət alıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Terrorçular bundan sonra Brüsseldə və Nitsada da mülki vətəndaşlara qarşı terror aktı həyata keçiriblər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}