Rusiyada azərbaycanlı qətl törədib meyiti polisə apardı

 

Rusiyada Azərbaycan vətəndaşı tanışını qətlə yetirib.

Rusiya mətbuatı xəbər verir ki, hadisə Rameşkovski rayonunda baş verib. Prokurorluğun məlumatına görə, avqustun 28-də Dulovskoe kəndində dava zamanı 43 yaşlı Azərbaycan vətəndaşı sərxoş vəziyyətdə Nijeqoroddan gəlmiş azərbaycanlı tanışını bıçaqlayıb.

O, aldığı zədələr nəticəsində hadisə yerində ölüb. Cinayətkar qətli törətdikdən sonra öldürdüyü adamı da maşına qoyaraq Tver Mərkəzi Polis İdarəsinə aparıb və etdiyi cinayəti etiraf edib.

Cinayət işi Remeşkovski rayon məhkəməsinə göndərilib. Hazırda qətl törədən azərbaycanlını 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}