İstanbuldakı sirli qətllə bağlı heyrət doğuran iddia

İstanbuldakı sirli qətllə bağlı heyrət doğuran iddia

 

İsranbulda öldürülən iranlı iş adamıvə küveytli ortağının cinayətiylə bağlı ilginc faktlar ortaya çıxıb.

 Türkiyə mətbuatının verdiyi xəbərə görə, cinayətlə bağlı "casus” olmaqda suçlanan şirkətin sabiq satın alma müdiri Sarrah Rahbarinin sorağı Dubaydan gəlib. O, məktub yazaraq hamını heyrətə gətirən iddialar ortaya atıb.

İran və Orta Asiya ölkələrinə yayımlanan GEM TV-nin sahibi iş adamı Səid Kəriman ilə onun Küveytli iş ortağı Məhəmməd Mer Almutarı 30 apreldə İstanbulda Sarıyerdə sui-qəsdə uğrayıb. Polis hələlik hücum edənlərin kimliyini təsbit edə bilməyib. Sui-qəsdçilərin peşəkar tətikçi olduqları təxmin edilərkən şirkətin bütün əlaqələri nəzarət altına alınıb.

Sui-qəsdçilərin arxasında İran mücahidləri durur?

Kərimianın İran rejiminə müxalif olan "İran mücahidləri” ilə əlaqəsi olduğundan onun  terrorçular arasına rejim tərəfindən yerləşdirilən casus olduğu iddi edilən Sarah Rahbari.  

Firmanın sirrlərini rejim sahiblərinə daşıdığı üçün işdən uzaqlaşdırıldığı iddia edilən Rahbarinin haqqında deyilənlərlə bağlı  yazdığı məktub ortaya çıxıb.

Dubayda olduğu aşkarlanan Rahbari casusluq iddialarını rədd edərək təəccübləndirici bilgilər verib.

Ərəb əmirləri üçün iranlı qızlar

Buna görə iranlı iş adamı Dubayda gecə klubu işlədirdi. Bu klubda Dubaydakı ərəb əmirlərinə özəl gecələr təşkil olunur və iranl qızları müxtəlif məqsədlərçün istifadə edilirdi.

Rahbari GEM TV-nin yeddi kanalının bağlanmasının bu münasibətlərdən qaynaqlandığını irəli sürüb. İranlı iş adamının Qüzey İraq kürd bölgəsində də oxşar bir gecə klubu açmaq üçün çalışmalar başlatdığını, amma problemlərlə üzləşdiyini əlavə edib.

Şifrəli mesajlar

Rahbari İran mücahidləri lideri Məryəm Reçhaviilə Səid Kərimianin şifrəli mesajlarla xəbərləşdiyini də irəli sürdü. Özünün də olayı sonradan fərq etdiyini deyən Rahbari çifrələri gətirən çəxsin F.Ş in adlı bir nəfər olduğunu iddia edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}