Gürcüstan hökumətinin tərkibindəyeni təyinatlar olub

 

Gürcüstan hökumətinin tərkibində yeni təyinatlar olub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, Baş nazir Georgi Kvirikaşvilinin sərəncamı ilə xarici işlər naziri Mixail Canalidze həm də baş nazirin müavini təyin edilib.

Baş nazir hökumətin bu gün keçirilən iclasında deyib ki, bu təyinatla biz xarici siyasətimizin prioritetlərinə verdiyimiz yüksək qiyməti bir daha nümayiş etdirdik.
Gürcüstan xarici siyasət idarəsinin rəhbərinin ölkəmiz ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında və Avropa ölkələri ilə sadələşdirilmiş viza rejiminin tətbiqində böyük xidmətləri olub. M.Canalidze iqtisadiyyat nazirinin müavini postunda çalışarkən (2011-2015) Avropa ilə azad ticarət sazişinin imzalanmasında danışıqlar aparan Gürcüstan nümayəndə heyətinin rəhbəri olub.

Qeyd edək ki, Baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin Tbilisi şəhərinin meri vəzifəsinə namizədliyi irəli sürüldükdən sonra vəzifəsindən istefa verib.

Baş nazirin digər sərəncamı ilə energetika nazirinin müavini işləmiş İlya Eloşvilini energetika naziri təyin olunub. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}