Ruhani:"İran terrorizmə qarşı mübarizədə Azərbaycanla birgə səylərin artırılmasında maraqlıdır"

Ruhani:"İran terrorizmə qarşı mübarizədə Azərbaycanla birgə səylərin artırılmasında maraqlıdır"

 

İran beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ilə birgə səylərin artırılmasında maraqlıdır.

"Report" xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Astanada azərbaycanlı həmkarı İlham Əliyev ilə keçirdiyi görüş zamanı bildirib.

"Terrorizm regionda sülhə və sabitliyə ciddi təhdid yaradır. Bu baxımdan İran beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ilə birgə səylərin artırılmasında maraqlıdır", – deyə o bildirib.

Prezident İlham Əliyev öz növbəsində terrorizmin region üçün yaratdığı təhlükəyə toxunaraq deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəni vacib sayır və bu sahədə birgə əməkdaşlıq etməyə böyük önəm verir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}