Qarabağa gedən türklər həbs oluna bilərlər

 

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz baş çəkmiş Türkiyə siyasətçisi Ufuk Uras bildirib ki, indi həbs olunacağından ehtiyat etdiyindən ölkənin hüdudlarından kənara çıxmağa qorxur. Deməli, Rusiya-İsrail blogeri "Lapşinin dərsi" öz nəticələrini gətirir.

Rusarminfo-nun Türkiyədə çıxan "Aqos" erməni qəzetinə istinad xəbərinə görə, Ufuk Uras bildirib ki, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) onların məsələsində Bakının istədiyi kimi hərəkət edib.

Urasın sözlərinə görə, onlar qeyri-qanuni heç nə etməyiblər və Dağlıq Qarabağda olmaq üçün tikanlı məftillərin arasından keçməyiblər.

Türk siyasətçisi etiraf edib ki, o və nümayəndə heyətinin başqa üzvləri indi- Bakıda onlarla bağlı görülən tədbirlərdən sonra başqa ölkələrə baş çəkməkdən ehtiyat edirlər.

Virtualaz.org xatırladır ki, Türkiyə XİN-i ölkə vətəndaşlarına Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

XİN-in bununla bağlı yaydığı bəyanatda vurğulanıb ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa və işğal altında olan digər ərazilərə səfər etməkdən çəkinməsində fayda var: "Azərbaycan torpaqlarının 5-də biri işğal altındadır. Ölkəmiz bu işğalın sona çatması üçün 25 ildir azərbaycanlı qardaşlarımızla birlikdə fəaliyyət göstərir. Azərbaycan hökumətinin icazəsi olmadan həmin ərazilərə səfər edilməsi beynəlxalq hüquqa ziddir. Azərbaycan qanunlarına əsasən, bu torpaqlara gedənlərə sanksiya tətbiq edilir”.

Onu da xatırladaq ki, 22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}