Oktyabrın 8-də Azərbaycanda şimşək çaxacağ, yağış yağacağ

Oktyabrın 8-də Azərbaycanda şimşək çaxacağ, yağış yağacağ
Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, günün birinci yarısında 20-23, günün ikinci yarısında 15-17 dərəcə isti olacaq.

Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlıq ərazilərdə gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}