Paytaxtda binalar su içində - İcra Hakimiyyəti xəbərsizdir

Paytaxtda binalar su içində - İcra Hakimiyyəti xəbərsizdir
Bu ilin altı ayı ərzində paytaxtın 227 yaşayış binasının zirzəmisi epidemioloji çirklənməylə qeydə alınıb.

Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Onun sözlərinə görə, çirklənmələr paytaxtın bütün rayonlarında qeydə alınıb. Binalardan 227-nin zirzəmisinin su ilə dolduğu aşkarlanıb.

Z.Kazımov bildirib ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edilib. Lakin bu vaxta qədər məktuba heç bir cavab verilməyib. Binaların zirzəmisindəki problemlər həll edilməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bu barədə məlumatsız olduğunu dedi. “Bu barədə məlumatı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən öyrənə bilərsiniz. Lakin bizdə bununla bağlı heç bir məlumat yoxdur”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}