ABŞ-DAN İNANILMAZ AFRİN AÇIQLAMASI

ABŞ-DAN İNANILMAZ AFRİN AÇIQLAMASI

 

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın müdafiə naziri Cim Mattis Avropaya səyahəti zamanı jurnalistlərə İŞİD ilə mübarizə barəsində açıqlamalar verib. ABŞ müdafiə naziri Cim Mattis Amerikanın dəstəklədiyi, SDQ adından istifadə edən PYD/PKK ünsürlərinin bir hissəsinin digər bölgələrdən Afrinə keçdiyini qəbul edib. Bu isə Amerikalı rəsmi şəxs tərəfindən faktın təsdiqlənməsi deməkdir.

İŞİD-ə qarşı mübarizənin Suriyada davam elədiyini söyləyən Mattis PYD/PKK-nın lideri olduğu SDQ daxilindəki bəzi kürdlərin Afrindəki əməliyyatlar səbəbi ilə "diqqətlərinin dağıldığını” və Afrinə yönəldiklərini bildirib.

Mattis bunları qeyd edib:

"Hazırda Afrində davam etməkdə olan diqqəti dağıdan bir vəziyyət də var. Bu vəziyyət SDQ daxilində döyüşçülərin təqribən 50 fazinin diqqətini dağıdır, kürd dostlarının Afrində hücum altında olduğunu görürlər və bu da onların diqqətinin ona yönəlməsinə səbəb olur. Bəzən isə bəzi qrular oraya (Afrinə) yönəliblər”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}