Avropa Komissiyası “Facebook” və “Twitter”i hədələdi –Sanksiya tətbiq olunacağını bəyan etdi

Avropa Komissiyası “Facebook” və “Twitter”i hədələdi

 

Avropa Komissiyası sosial media nəhəngləri olan "Facebook” və "Twitter”in Avropa İttifaqının istehlakçı qanununa əsasən irəli sürdüyü tələblərə qismən riayət etdiyini bildirib.

Komissiya hər iki şirkəti iki il əvvəl istifadəçilərin saxta məlumatlar barədə şikayətlərindən sonra xidmət şərtlərini dəyişməyə çağırıb. Qurum hər iki şirkətin məsuliyyət, istifadəçilərin mümkün kontentin çıxarılması və müqavilənin ləğv edilməsi barədə məlumatlandırılması ilə bağlı öhdəliyə qismən cavab verdiyini bildirib.

Avropanın islehlakçı məsələlərinə dair kommissioneri Vera Curova tələblərə riayətin başa çatdırılmadığından və bunun uzun zaman aldığından şikayətlənib. O, qaydalara sanksiyalar tətbiq ediləcəyini bildirib. (Amerikanın Səsi)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}