18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Əfqanıstanın qərbindəki Fərah vilayətində "Taliban" hərəkatı silahlılarının iki Nəzarət-Buraxılış Məntəqəsinə (NBM) hücumları nəticəsində 8 polis ölüb.
"İnterfaks" xəbər verir ki, region administrasiyasından Şamalgah və Fərahrod yaşayış məntəqəsində yerləşən NBM-lərə hücum edildiyi bildirilib.
Məlumata görə, Şamalgahda 3, Fərahrodda 5 polis qətlə yetirilib. Eyni zamanda "Taliban"ın 15 silahlısı öldürülüb.