Neft Fondu bir ilə 131 milyard dollar qazanarsa...

 

Dünyanın ən böyük milli rifah fondu ötən il öz tarixində ən böyük gəlirlərdən birini əldə edib. "Financial Times” qəzeti xəbər verir ki, Norveçin 1, 1 trilyon dollarlıq neft fondunun 2017-ci il üçün gəliri 13, 7 faiz olub. Pulla ifadədə bu 131 milyard dollar deməkdir.

Ekspertlər bu uğuru qiymətli kağızlar bazarındakı yüksəlişlə izah edirlər. Norveçin suveren sərvət fondu faizlə ifadədə bundan yaxşı göstəriciləri yalnız 2009 və 2013-cü illərdə nümayiş etdirib. Fond investisiyaların 66, 6 faizini qiymətli kağızlarda, 30, 8 faizini bondlarda və 2, 6 faizini daşınmaz əmlakda saxlayıb. Daşınmaz əmlak əsasən Londonun mülkiyyət bazarındadır.

Norveç neft fondu Apple, Tencent və Microsoft kimi texnologiya nəhənglərinin səhmlərindən də yaxşı gəlir əldə edib. Bu mənada özünü doğrultmayan investisiyalar General Electric, Exxon Mobil və İsrailin Teva əczaçılıq şirkətinə aiddir.

Norveç neft fondunun rəhbəri Yngve Slyngstad deyib ki, fonddakı hər dörd kronun 1 kron gəlir gətirməsi sevindirici göstəricidir. Hökumət ötən il fonddan 61 milyard kroon (7, 4 milyard dollar) çıxarıb. Bu hökumətin düşən neft qiymətləri ilə bağlı fonda 2016-cı ildən bəri ikinci "müraciəti” idi.

Virtualaz.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}