Sabirabadda yanğınsöndürən maşın “Jiquli” ilə toqquşdu: 3 yaralı

Sabirabadda yanğınsöndürən maşın “Jiquli” ilə toqquşdu: 3 yaralı

 

Bu gün səhər saatlarında Sabirabad şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, çağırışa gedən "KamAZ” markalı yanğınsöndürən maşınla Sabirabad rayon sakininin idarə etdiyi 10 BO 312 dövlət nömrə nişanlı "VAZ-2106” markalı minik avtomaşını toqquşub. Hadisə nəticəsində minik avtomaşının aralarında azyaşlı uşaq da olmaqla 3 nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarələri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Virtualaz.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}