Yəhudi təşkilatı da müsəlmanlara qarşı cinayətlərə etiraz etdi - Myanma liderini hədəfə aldı

 

Myanmanın "Nobel” laureatı olan qadın rəhbəri hər kəsin gözündən düşüb

Myanma dünyada müsəlmanların dini mənsubiyyətinə görə zülmə məruz qaldığı ölkələrin başında gəlir. Ölkənin yerli əhalisi rohincalar sadəcə, İslam dininə etiqad etdikləri üçün kütləvi surətdə qırılmağa, sürgün edilməyə və hər cür məhrumiyyətlərə məruz qoyulur. Özü də bu ölkənin başında vaxtilə insan hüquqlarının müdafiəsinə görə "Nobel” mükafatına layiq görülən Aun San Su Çji adlı qadın dayanır.
Onun Myanmada müsəlmanlara qarşı həyata keçirilən vəhşiliklər qarşısında səssiz qalması, hətta hərbçilərin törətdikləri qırğınları az qala müdafiə etməsi dünyanın bir çox nüfuzlu insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatını hərəkətə keçirib. Həmin təşkilatlar bir-bir həmin qadını layiq gördükləri mükafatlardan məhrum etməyə başlayıblar.

Sonuncu zərbə ABŞ-ın Xolokost Qurbanları Muzeyindən gəlib. Belə ki, qurum onu insan hüquqları sahəsində dünyanın ən nüfuzlu mükafatlarından sayılan "Eli Vizel mükafatı”ndan məhrum edib. Qurum Aun San Su Çjini bu mükafata 2012-ci ildə layiq görübmüş.
Təşkilatın bununla bağlı yaydığı bəyanatda məhrum etmənin əsas səbəbi olaraq qadın liderin öz ölkəsinin şimalında, Arakan vilayətində baş verən humanitar böhrana laqeyd qalması göstərilib.
Myanmanın ABŞ-dakı səfirliyi isə məsələyə sərt reaksiya verib. "Biz Xolokost muzeyinin Arakan vilayətindəki əsl həqiqətləri görməyən insanlar tərəfindən yanlış fikirlərə salınmasından təəssüf hissi keçiririk”, səfirliyin bəyanatında deyilir.

170905102126-01-aung-san-suu-kyi-protest-0904-super-teaseCNN-in məlumatında bir vaxtlar hər kəsin sevimlisi olan Aun San Su Çjinin indi hamının gözündən düşdüyü vurğulanır.

Muzeyin direktoru Sara Blumfeld Myanma rəhbərinə göndərdiyi məktubda "imtina haqqında qərarı asanlıqla almadıqlarını, lakin onun ölkəsinin təhlükəsizlik qüvvələrinin törətdiyi vəhşiliklərə göz yuma bilməyəcəklərini” yazıb. Məktubda Aun San Su Çji ölkə hərbçilərinin Rohincalara qarşı heç bir ölçüyə sığmayan aktları qarşısında etinasız qalmaqda qınanılır və günahlandırılır.

"Ordu 2016-cı və 2017-ci illərdə müsəlman əhaliyə qarşı hücum edən zaman biz Sizdən, yəni universal insan hüquqlarının və ləyaqətinin qorunması üzrə hər kəsin təqdirini qazanmış birisindən, bu cür vəhşiliklərə qarşı dirəniş göstərmənizi, və müsəlman rohincalarla həmrəy olmağınızı gözləyirdik. Lakin bunun əvəzinə Siz və rəhbərlik etdiyiniz partiya Rohinca icmasına qarşı törədilən terroru araşdırmaq, müsəlmanlara edilən cinayətləri aşkar etmək üçün bölgəyə gəlmək istəyən Birləşmiş Millətlər Təşkilatının təhqiqatçılarını, habelə jurnalistləri ölkəyə buraxmadınız”, – Blumfeldin muzeyin rəsmi saytına yerlədşdirdiyi məktubda qeyd edilir.

Qeyd edək ki, Eli Vizel mükafatı Adolf Hitlerin yəhudilərə qarşı həyata keçirdiyi soyqırım zamanı (Xolokost) güclə canını qurtaran və Aun San Su Çji kimi insan hüquqları sahəsində "Nobel” mükafatı almış adamın adını daşıyır.

Sara Bumfeldin Myanma liderinə göndərdiyi məktub elə Eli Vizelin öz sözləri ilə bitib:"Bitərəflik qurbana deyil, təcavüzkara xidmət edir. Səssizlik əzab çəkəni deyil, əzab verəni cəsarətləndirir”.

Xatırladaq ki, keçən ilin noyabr ayında Aun San Su Çji Oksford Universitetinin təsis etdiyi "Freedom of the City of Oxford” mükafatından da məhrum edilmişdi. Həmin universitetin məzunu olan Aun San Su Çjinin portreti bu ali təhsil ocağının şərəf lövhəsindən də qaldırılıb./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}