Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər –QMİ

 

Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər. Ödənişin son tarixi 1 may 2018-ci ildir. Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb. Azərbaycandan Həcc ziyarətini yalnız QMİ həyata keçirir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}