“Məbləğin az olması ilə bağlı Nazirlər Kabinetində məsələ qaldırdım” –Eldar Əzizovdan Bayıldakı sürüşmə ilə bağlı açıqlama

“Məbləğin az olması ilə bağlı Nazirlər Kabinetində məsələ qaldırdım” –Eldar Əzizovdan Bayıldakı sürüşmə ilə bağlı açıqlama

 

"Bayılda evləri sürüşmə zonasında olan sakinlərə yardımın həcmini artırmaq məqsədi ilə görüş keçirilib. Çalışılır ki, tezliklə məsələ öz həllini tapsın".

Bnu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasının sakinləri ilə görüşündə deyib.

"Məbləğin az olması ilə bağlı Nazirlər Kabinetində məsələ qaldırdım. Məbləğin çoxaldılması ilə bağlı iş bu həftənin sonuna kimi həll olunacaq", – E.Əzizov əlavə edib.

Görüşdə iştirak edən Səbail Enerji Təchizatı və Satışı İdarəsinin rəsmisi Araz Manafov bildirib ki, sürüşmə baş verən Teleqüllə ərazisinə tam baxış keçirilib: "Təmizləmə işləri aparılıb, 6 fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi qeyri-mümkündür. Ümumi rəydən sonra həmin evlərə yaxın günlərdə elektrik enerjisi verilə bilər. Lakin sürüşmə davam edəcəksə, təbii ki, bu, mümkünsüzdür".

Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb. Sakinlərin yaxın günlərdə kirayə mənzillərə köçürüləcəyi gözlənilir/Report.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}