Tanışının üstünə benzin töküb od vurdu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının üstünə benzin töküb yandırmaqda ittiham olunan Səbuhi Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxumub. Hökmə əsasən, Səbuhi Ağayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. Sərxoş vəziyyətdə olan Səbuhi Ağayev münaqişə zəminində tanışı Anar Muradovun üstünə benzin tökərək yandırıb.

Yanıq xəsarətləri almış A.Muradov xəstəxaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

İttiham tərəfinin qənaətinə görə, Səbuhi Ağayev Anar Muradovu öldürmək niyyəti ilə yandırıb. Buna görə də S. Ağayevə Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}