ATƏT DTİHB-nin seçki müşahidəçiləri fəaliyyətə başlayır

 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində uzunmüddətli müşahidə missiyası bu gün fəaliyyətə başlayır.

Sözçü info-un məlumatına görə, bu barədə qurumun yaydığı press-relizdə bildirilib.

Qeyd olunub ki, Bakı üzrə 10 və ölkə üzrə 20 ekspertin daxil olduğu uzunmüddətli missiyaya Koryan Yonker rəhbərlik edir.

Bundan əlavə, seçki günü prosesi izləmək üçün 280 nəfərlik qısamüddətli missiya işə başlayacaq.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində 15 nəfər namizədliyini irəli sürüb. İndiyə qədər onlardan 7 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edmiş digər namizədlərin də sənədlərinə baxılır. Prezident seçkilərində 21 beynəlxalq, 22 mindən çox isə yerli müşahidəçi qeydə alınıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}