“Rusiya çox təhlükəlidir, siz rusları tanımırsınız…” – Rus generaldan Avropaya xəbərdarlıq

“Rusiya çox təhlükəlidir, siz rusları tanımırsınız…” – Rus generaldan Avropaya xəbərdarlıq

 

"Bəşəriyyət son dünya müharibəsinin astanasındadır".

Bu sözləri təqaüddə olan rusiyalı general Yevgeni Buzinski Skripal olayı ilə bağlı Rusiya və Qərb dünyası arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.

"Hazırki durum Soyuq müharibədən də pisdir. Soyuq müharibədən pis olan isə qaynar savaşdır ki, bu da bəşəriyyət tarixi üçün son müharibə ola bilər. Siz rusları tanımırsınız. Nə qədər təzyiq olarsa, toplum rəhbər ətrafında daha çox birləşir. Siz diplomatları deportasiya edirsiniz, biz də deportasiya edirik. Sonra siz daha çox diplomat qovursunuz. Sonra nə olacaq? Bu, diplomatik qanunların pozulmasıdır. Rusiyanı küncə sıxışdırırsınız. Rusiya çox təhlükəli bir şeydir”, – deyə Buzinski bildirib/Axar.az.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}