Gəncə-Qazax avtobusu dərəyə aşdı: yaralılar var

Gəncə-Qazax avtobusu dərəyə aşdı: yaralılar varAzərbaycanda sərnişin daşıyan mikroavtobus dərəyə yuvarlanıb, xəsarət alanlar var.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 14 radələrində Bakı-Qazax magistralının 395-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində baş verib.

Belə ki, Gəncədən Qazaxa sərnişin daşıyan "Ford" markalı mikroavtobus eyni istiqamətdə hərəkət edən "VAZ 21011" markalı avtomobillə toqquşub. Toqquşuma nəticəsində hər iki nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb.

Mikroavtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}