Biləsuvarda iki oğurluğun üstü açılıb

 

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə bir gündə iki cinayətin üstü açılıb. Belə ki, otlaq sahəsindən xırda buynuzlu heyvanlar, mənzildən isə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

DIN mətbuat xidmətinin Lənkəran regional qrupundan virtualaz.org-un Şirvan bürosuna verilən məlumata görə, aprelin 22-də rayonun Əsgərabad kənd sakini Rövşən Səfərov DİN-in "102” xidməti-zəng mərkəzinə müraciət edərək bildirib ki, ərazidəki otlaq sahəsindən ona məxsus 3 ədəd xırdabuynuzlu heyvan oğurlanıb.

"İzti izlər”lə aparılan tədbirlər zamanı elə həmin gün oğurluğu Biləsuvar rayonunun Dərvişli kənd sakini Mahir Rüstəmlinin törətdiyi müəyyən olunub. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı heyvanlar isə ondan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

Keçirilən digər əməliyyat tədbiri ilə həmkəndlisinin evindən qızı-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb. Aprelin 21-də RPŞ-nin Səmədabad Polis Bölməsinə ərazidəki evlərdən birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Biləsuvar rayonu Səmədabad kəndində yaşayan Baloğlan Haqverdiyev olduğu müəyyən edilib. O saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Emil Məmmədov

Virtualaz.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}