Daşkəsəndə qar uçqunu altında qalan 5 nəfər xilas edildi

Daşkəsəndə qar uçqunu altında qalan 5 nəfər xilas edildi

 

Aprelin 21-də saat 17 radələrində DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Daşkəsən rayon sakini Asif Bayramov "UAZ” markalı avtomobildə sərnişinləri ilə birlikdə Göygöl rayonunun Tülallar kəndi ərazisində qar uçqunu altında qaldıqlarını bildirib.

Sozcu.info  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev dərhal müraciət edən şəxslə telefonla əlaqə saxlayaraq onların koordinatlarını dəqiqləşdirib və bu barədə təcili rayonun və müvafiq qurumların rəhbərliyinə məlumat verib.

Rayon İcra Hakimiyyətinin, RPŞ-nin rəhbərliyi və şəxsi heyəti təcili tibbi yardım briqadası ilə birgə həmin istiqamətə yollanıblar. Texnika üçün yaxınlıqdakı hərbi hissəyə müraciə olunub. Tezliklə hərbi nəqliyyat vasitəsinin köməkliyi ilə onlar Bənd adlanan əraziyə çatıblar.

Polis əməkdaşları qar uçqununun altında qalmış, zərbə nəticəsində şüşələri sınmış halda olan həmin avtomobildə köməksiz vəziyyətdə qalmış Daşkəsən rayon sakini Asif Bayramovu, sərnişinləri - Tülallar kənd sakini Fuad Məmmədovu, Daşkəsən rayon sakini Xaliq İsmayılovu, Gəncə şəhər sakini Xəqani Quliyevi və Goranboy rayon sakini Mikayıl Abdullayevi xilas edib, onlara ilkin tibbi yardım göstərilib.

Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}