Türkiyədə zəlzələ: yaralananların sayı 39-a çatıb

 

Türkiyənin Adıyaman əyalətinin Samsat rayonunda baş verən zəlzələ nəticəsində yaralananların sayı 39-a çatıb.

Yerli KİV-in yaydığı məlumata görə, təbii fəlakət nəticəsində rayon mərkəzində və kəndlərdə evlər dağılıb.

Bununla belə, Türkiyənin baş naziri Binəli Yıldırım zəlzələ nəticəsində insan tələfatının olmadığını bildirib.

*   *   *11:56

Xəbər verdiyimiz kimi, aprelin 24-də Ankara vaxtı ilə saat 03.43-də Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ olub.

Sozcu.info  bildirir ki, hökumət qurumları zəlzələnin fəsadlarının aradan qaldırılması üçün tədbirlərə başlayıb. Təbii fəlakət bölgəsinə əlavə texnika cəlb olunub. Yeraltı təkanların vurduğu zərər hesablanır.

Qeyd edək ki, zəlzələ nəticəsində 13 nəfər yaralanıb.

*   *   *09:58

Türkiyənin şərq bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib.

Sozcu.info  bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla saat 03:34-də qeydə alınan yeraltı təkanların episentri Qaziantep şəhərindən 115 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}