RUSİYA ÜÇÜN BÖYÜK TƏHLÜKƏ: Qazaxıstan ABŞ-ın hərbi gəmilərinə qapılarını açır

RUSİYA ÜÇÜN BÖYÜK TƏHLÜKƏ:

 

ABŞ Xəzərdə təhlükəsizliyi təmin edəcək, yoxsa...

Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurıl limanlarını ABŞ hərbi dəniz qüvvələri üçün açıb. Bu barədə Qazaxıstan KİV-i xəbər verir.

İndi Birləşmiş Ştatlar Rusiyadan yan keçməklə Əfqanıstana yüklərin göndərilməsində alternativ marşrutdan istifadə edə biləcək.

Bildirilir ki, razılaşmanı Qazaxıstan senatı 2018-ci ilin martında təsdiqləyib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev yaxın günlərdə sənədi imzalayacaq.

Qeyd olunur ki, ABŞ-ın təklifi ilə Əfqanıstana xüsusi yüklərin nəqli Azərbaycan və Gürcüstandan Xəzər dənizi vasitəsilə Qazaxıstana göndərilməklə həyata keçiriləcək. Daha sonra dəmir yolu vasitəsilə Özbəkistana, oradan isə Əfqanıstana çatdırılacaq.

Qazaxıstan xarici işlər naziri Kayrat Abrahmanovun sözlərinə görə, saziş ABŞ-ın strateji tərəfdaşı kimi ölkənin maraqları çərçivəsində imzalanıb.

Aydındır ki, ABŞ-ın digər regionlarda olduğu kimi, əsas hədəflərindən biri də Orta Asiyada Rusiyanın təsir dairəsini azaltmaq və bölgədə öz nüfuzunu artırımaqdır. Təsadüfi deyil ki, ABŞ 25 dekabr 1991-ci ildə Qazaxıstanın müstəqilliyini tanıyan üçüncü ölkə olub və 1992-ci ilin yanvarında Almatıda ilk səfirlik açan ölkədir. Bundan sonra isə iki ölkə arasında ikitərəfli əlaqələr qurulub. Hətta 2003-cü ildən bəri Qazaxıstanda "Çöl qartalı” Amerikan-Qazax hərbi təlimləri keçirilir. Qazaxıstan 2003-cü ildə İraqa 27 hərbi mühəndis, ümumilikdə isə 290 qazax hərbi qulluqçusu göndərməklə də ABŞ-la tərəfdaş olduğunu sübut edib.

Qazaxstan Kazbat və Kazbriq adlı dəstələr təşkil etməklə daim ABŞ və NATO qüvvələri ilə birgə təlimlərdə olur ki, bu da onu deməyə əsas verir ki, Qazaxstan ABŞ-ın Mərkəzi Asiyada təhlükəsizlizliyə qarşı mübarizə və stabilləşmə sahəsində mühüm işləri öz özərinə götürüb.

Qazaxstan müstəqillik əldə etdikdən sonra Amerika Orta Asiyada liberal iqtisadiyyatı yayma və xüsusi təşəbbüsü inkişaf etdirmə məqsədi daşıyan Orta Asiya Amerika Sahibkarlıq Fondu (Central Asia American Enterprise Fund - CAAEF) yaradıb. Fəaliyyətlərini əsasən özünün Amerika-Orta Asiya Təhsil Təşkilatı (U.S.-Central Asia Education Foundation) vasitəsilə icra edir, bölgədə müəssisə yaratma, sahibkarlığı və açıq bazar iqtisadiyyatını inkişaf etdirmə səyləri göstərir.

Eyni zamanda 1997-ci ildə Qazaxıstanın ən böyük şəhərlərindən biri olan Almatıda Orta Asiyada Amerika dəstəkli ən böyük ali məktəb Qazaxıstan-Amerika Universitetinin(KAU) əsası qoyulub ki, bu da bölgədə Amerikameylli liderləri yetişdirməyi hədəfləyən bir universitetdir.

Rusiyanın bölgədə hərtərəfli təsirini azaltmağa çalışan Amerika Qırğızıstanda təxminən 143, Tacikistanda 81, Qazaxıstanda 76, Türkmənistanda 29 və Özbəkistanda 21 qeyri-hökumət təşkilatını (QHT) yerləşdirib. Bu QHT-lərin çoxu İnsan Haqqlarını İzləmə Təşkilatı (Human Rights Watch), Soros Fondu (Soros Foundation), Jurnalistləri Qoruma Komitəsi (The Committee to Protect Journalists) kimi beynəlxalq təşkilatlara bağlıdır.

Amma Rusiya bölgədə təsirini təkrar artırınca Amerikanın bu təşkilatları təsirlərini müəyyən qədər itirib.

İqtisadi sahədə də Qazaxstan-Amerika münasibətləri yüksək səviyyəyə çatıb. 2011-ci ilin məlumatına görə, Qazaxıstan Amerikanın 78-ci iri ticarət ortağıdır. Burada illik ticarət dövriyəsi 2,5 milyard dollar təşkil edir. 2011-ci ildə ABŞ Qazaxıstan iqtisadiyyatına 9,6 milyard dollar pul yatırıb. Bu isə bir il öncəki rəqəmlərdən 23,9 % çoxdur. Bu yatırımlar əsasən neft-qaz, telekommunikasiya və energetika sahələrinə yönləndirilib.

2012-ci ilin məlumatına görə isə, ümumilikdə Qərb investorları Qazaxstana 118, Çin 18,2, Rusiya isə 5,2 milyard dollar sərmayə qoyub. Göründüyü qədər Qərbin Qazaxstana qoyduğu sərmayə müqayisə olunmazdır. Elə həmin il Qazaxstandan çıxan pullara diqqət yetirdikdə isə aydın olur ki, ən çox- 45 milyard ABŞ-a vəsait gedib. Görünən odur ki, Qazaxstana daha çox sərmayə qoyan Amerikadır ki, Qərb ölkələri arasında ölkədən çıxan pullara görə də ABŞ birinci yerdə qərar tutub. Digər ölkələr isə belədir:

Böyük Briyaniya - 16,8

Niderland - 16,2

Almaniya - 7,6

Fransa - 6,3

Avstriya - 3,4

İsveçrə - 3,3

Kanada - 3,1

Amerikanın keçmiş dövlət katibi Kondoliza Raysın vəzifə başında olarkən Qazaxstana səfəri zamanı dediklərindən də aydın olur ki, Qazaxıstan Orta Asiyada Amerika üçün böyük əhəmiyyət kəsb edir: "Gürcüstandan Əfqanıstana qədər uzanan bir bölgədə dünya təhlükəsizliyinə mövcud təhdidlər fövqündə Qazaxıstan Amerikanın Mərkəzi Asiyada siyasətinin təməlini təşkil edir”.

Görünən odur ki, Qazaxıstan Amerikanın Mərkəzi Asiyada siyasətinin təməlini təşkil etməsi bu gün artıq nəticə verib. Ona görə də Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurıl limanlarını ABŞ hərbi dəniz qüvvələri üçün açıb.

Картинки по запросу ABŞ hərbi dəniz qüvvələri üçün açıb

"Bundan həm Rusiya, həm də İran mütləq narahatlıq keçirəcək”

"Biz Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq frazasının başlanğıcındayıq”. Bu fikirləri isə bir neçə il öncə Amerikanın Azərbaycanda səfiri olan zaman Metyu Brayza "Amerikanın Səsi” radiosuna müsahibəsində səsləndirib. Bu gün Amerika Qazaxıstanın Aktau və Kurıl limanlarına hərbi gəmilərinin yerləşdirməsi isə onu deməyə imkan verir ki, ABŞ Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq frazasının başlanğıcında deyil, artıq əməkdaşlıq frazasının ortasındadır, amma bu, son deyil. Çünki Amerikanın Xəzərdə Azərbaycanın və Türkmənistanın da təhlükəsizliyini təmin etmək niyyəti var. Bu, keçmiş səfir M. Brayzanın fikirlərindən də aydın olur. Əslində isə Amerikanın Xəzərdə təhlükəsizliyi təmin etmək məqsədi həm də bu bölgəni nəzarətə götürməsi anlamına gəlir ki, bu da Xəzərdə həm Amerika-Rusiya, həm də Amerika-İran maraqlarının toqquşması deməkdir. Əslində, Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurıl limanlarında ABŞ hərbi dəniz qüvvələrinin yerləşdirilməsi Rusiyadan yan keçməklə Əfqanıstana yüklərin göndərilməsində alternativ marşrutdan istifadə məqsədi daşısa da, hərbi gəmilərin yerləşdirilməsi həm də Xəzərdə təhlükəsizlik məqsədi daşıyacaq ki, bundan həm Rusiya, həm də İran mütləq narahatlıq keçirəcək. Çünki Xəzər hövzəsində bu ölkələrin də payı var və hər iki ölkə də Amerika ilə düşmən mövqedədir. Amma görünür ki, Qazaxstan nə İranı, nə də Rusiyanı nəzərə almayıb və Amerika hərbi gəmilərini Xəzərin Qazaxstan sahillərində yerləşdirib.

Son illər demək olar ki, ABŞ xarici siyasət idarəsinin bütövlükdə Mərkəzi Asiya siyasətində bir canlanma müşahidə edilir. Əslində, bu prosesin əsasını keçmiş dövlət katibi Con Kerrinin 2015-ci ildə regionun beş ölkəsinə etdiyi səfər qoyub. Çünki həmin səfər zamanı Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan Vaşinqtonla "C5+1” adlanan formatda əməkdaşlıq adı altında "Səmərqənd bəyannaməsi”ni imzalayıblar.

Ötən illər ərzində Amerika-Qazaxstan münasibətləri Rusiyanın təsiri nəticəsində müəyyən qədər zəifləsə də, Amerikanın keçmiş dövlət katibi Con Kerrinin 2015-ci ildə regionun beş ölkəsinə səfərindən sonra, Qazaxstan prezidenti N.Nazarbayevin bu il yanvarın 16-18-də Amerikaya rəsmi səfəri ABŞ-Qazaxstan münasibətlərində yeni səhfə açdı.

N.Nazarbayev Amerika prezidenti D.Tramp ilə görüşdə Mərkəzi Asiya üçün aktual olan məsələləri müzakirə edib. Daha çox iqtisadi-ticarət, energetika, nəqliyyat və təhlükəsizliklə bağlı məsələlərə diqqət yetirilib. Bu istiqamətdə baza kimi "Səmərqənd bəyannaməsi” götürülüb. Həmin görüşdə tərəflər 20-dən çox saziş imzalayıblar. Müqavilərin ümumilikdə dəyəri 7,5 milyard dollar təşkil edir ki, bu da Amerika ilə Qazaxstanın strateji tərəfdaş oludğunu bir daha sübut edir.

ABŞ prezidenti ilə görüş zamanı mətbuat konfransında N.Nazarbayevin ABŞ-ın Mərkəzi Asiya regionunda rolunu xüsusi qeyd etməsi, onun terrorizmə qarşı mübarizədə səyləri və Əfqanıstanda sabitliyin bərpasında rolunu vurğulaması da onu göstərir ki, Qazaxıstan artıq dünyada təklənmiş, nüfuzunu itirmiş, iqtisadiyyatı zəifləmiş Rusiyanın deyil, hegemon, iqtisadiyyatı güclü Amerikanın yanında yer alacaq. Məhz bu baxımdan da Amerika hərbi gəmilərinin Qazaxstanın Xəzər sahillərindəki limanlarına yerləşdirilməsinə razılıq verilib.

Qazaxıstanın prezdenti N. Nazarbayevin ABŞ prezidenti ilə görüşdə QazaxstanaABŞ vətəndaşları üçün vizasız rejimin tətbiq eidilməsini xatırlatması isə o anlam daşıyır ki, Qazaxstanın qapıları Amerika vətəndaşları üçün açıqdır, istədiyiniz vaxt daxil ola bilərsiniz. Bu isə daimi dostluğu, strateji əməkdaşlığı hədəfləyən taktiki gedişdir.

Əslıində, konkert demək olar ki, Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurıl limanlarını ABŞ hərbi dəniz qüvvələri üçün açması N.Nazarbayevin Amerikaya rəsmi səfərinin nəticəsidir. "Görünən dağa bələdçi lazım deyil”. Çünki səfər yanvar ayında baş tutub, hərbi gəmilər isə aprel ayında Xəzərdə yerləşdirilib.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}