Deputat Rafael Hüseynov "Gerb" əvəzinə "Herb" təklif etdi: "Bu, çox vacib məsələdir"

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsi zamanı "Gerb” sözündə düzəliş edilməsini təklif edib.

"Report”un xəbərinə görə, o, "Gerb” sözünün "Herb” kimi yazılması barədə təklif irəli sürüb.

Onun sözlərinə görə, bu tip bir çox sözlər rus dilindən alınmadır, həmin sözlərin əksəriyyətində "g” hərfindən deyil, "h” hərfindən istifadə olunur: "Ona görə "Gerb” sözü "Herb” kimi yazılmalıdır. Bu, çox vacib məsələdir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}