Komitə rezonans doğurmuş məsələyə aydınlıg gətirdi:“Din xadimlərinə hər ay maaş verilməyəcək”

Komitə rezonans doğurmuş məsələyə aydınlıg gətirdi:“Din xadimlərinə hər ay maaş verilməyəcək”

 

Bir neçə gündür ki, sosial şəbəkələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının mollalara ayrılan pulla bağlı açıqlaması müzakirələrə səbəb olub.

Belə ki, dövlət komitəsinin sədri din xadimlərinə veriləcək məbləğin Maliyyə Nazirliyi tərəfindən təsdiqləndiyini, mütəvəlli 200-250 manat, imam naiblər 300 manatdan artıq, imamların isə 400 manat alacağını qeyd edib.

Sədr, həmçinin bildirmişdi ki, din xadimlərinə maddi dəstək üçün prezident İlham Əliyev tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılıb.

"Qafqazinfo” bu məqamda Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılovdan açıqlama alıb.

Onun sözlərinə görə, son günlərdə kütləvi informasiya vasitələrində və sosial mediada Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə ayrılan maddi dəstəklə bağlı geniş müzakirələr aparılır: "Qeyd edim ki, əksər hallarda yanlış olaraq bu dəstək din xadimlərinə əməkhaqqı verilməsi kimi qiymətləndirilir. Amma bu yanaşma doğru deyil. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi təyin edilmiş müəyyən sayda din xadiminə Fondla din xadimləri arasında bağlanan müqavilə əsasında maddi dəstək verilməsi nəzərdə tutulub. Bir daha qeyd edim ki, bu, əməkhaqqı deyil. Əməkhaqqı əmək müqaviləsinə əsasən daimi verilir. Bu məsələdə isə Fondla din xadimləri arasında bağlanan müqavilə 10 ay üçün nəzərdə tutulub. Gələcəkdə müqavilənin müddəti uzadıla bilər. Müqavilədə bir sıra öhdəliklər var və din xadimləri bu dəstəyi sözügedən öhdəliklərə əməl etmək şərtilə ala biləcəklər. Bu öhdəliklərə əməl etməyənlərə maddi dəstək kəsilə bilər. Hörmətli mətbuat nümayəndələrindən bu mövzuya toxunarkən cəmiyyətdə çaşqınlıq yaranmaması üçün bu məqamı diqqətə almalarını xahiş edirəm”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}