Qaynanasını boğub öldürmüş Bakı sakini məhkəmə qarşısına çıxdı

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını qətlə yetirməkdə ittiham olunan 35 yaşlı Ağdaş rayon sakini Cavad İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sozcu.info xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə C.İbrahimov istintaq dövründə ona qarşı haqsızlıq olunduğunu, işinə ədalətli baxılmasını məhkəmədən xahiş edib. C.İbrahimov hakimin suallarına cavab vermək istəməyib. Məhkəmə baxışı mayın 17-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivi ərazisində 60 yaşlı Nigar Namazovanın meyiti tapılıb. N.Namazovanın ailə üzvləri onun yıxılaraq başının daşa dəyməsi nəticəsində öldüyünü bildiriblər. Lakin məhkəmə tibbi ekspertizası zamanı N.Namazovanın qətlə yetirilməsi məlum olub. Qətlin mərhumla eyni ünvanda yaşayan, əvvəllər məhkum edilmiş kürəkəni tərəfindən törədildiyi aşkarlanıb.

C.İbrahimov Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham olunur.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}