SƏRDAR CƏLALOĞLU: “POLİS DEDİ Kİ, DEMOKRATİK CÜMHURRİYYƏT NƏDİR?" - MÜSAHİBƏ

 

"Bu, onu göstərir ki, Azərbaycan dövlətinin Demokratik Cümhuriyyətlə bağlı qəbul etdiyi qərar formal olub”

"Milli təssübkeşliyə görə Gürcüstan bizdən çox qabaqdadır”

"Gürcüstanda formal demokratiya var”

Azərbaycan Demokrat Partiyası (ADP) Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi ilə əlaqədar "Öndərlərin izi ilə” adlı səfər proqramı çərçivəsində ADP sədri Sərdar Cəlaloğlu başda olmaqla partiyanın bir sıra funksionerləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu Tiflis şəhərində, AXC hökumətinin müvəqqəti fəaliyyət göstərdiyi Gəncə şəhərində və Cümhuriyyət qurucularının doğulub, boya-başa çatdığı rayonlarda, o cümlədən, Şamaxıda, Göyçayda, İsmayıllıda olublar.

ADP sədri Sərdar Cəlaloğlu səfərin məqsədi və onunla bağlı təəssüratlarını "Hürriyyət”lə bölüşüb:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/bu_qeder_formal_bogazdan_yuxari_100_illiyi_qeyd_etmekdense_qeyd_etmemek_daha_yaxsi_idi_-_srdar_clalolu)

- Səfər çərçivəsində başqa görüşləriniz də oldu?

- Biz Gürcüstana çatan günü axşamı - ayın 25-də Marneuli rayonuna səfər etdik. Marneulidə Gürcüstan Azərbaycanlılarının Konqresi var, həmin Konqresin rəhbərləri ilə görüşdük. Gürcüstan azərbaycanlılarının problemləri ətrafında müzakirlər apardıq. Azərbaycan və Gürcüstan azərbaycanlıları arasında əlaqələr, Gürcüstanda Azərbaycanın diaspor fəaliyyətinin təşkil edilməsi və.s bu istiqamətdə söhbətlər apardıq. Onlar da bizim şərəfimzə ziyafət verdilər. Bununla da həmin gün bizim görüşlərimiz qurtardı.

- Öndərlərimizin qəbrini nə vaxt ziyarət etdiniz?

- Ayın 26-da biz öndərlərimizin qəbrlərini ziyarət etdik. Dediyim kimi, Fətəli Xan Xoyski və Əhməd bəy Ağayev ermənilər tərəfindən terror edilib və onlar Tiflisin Botanika bağında dəfn ediliblər. Biz böyük bir əklil hazırladıq, nümayəndə heyəti olaraq Botanika bağına getdik, onları ziyarət etdik, orada Demokratik Cümhuriyyətə bir abidə qoyulub, həmin abidəni ziyarət etdik. Sonra Tiflsin İmam Cüməsini ora dəvət etdik, onların ruhuna quran oxudu. Bakıdan Şəhidlər Xiyabanından apardığımız torpağı onların qəbirlərinə səpdik. Eləcə də onların qəbirlərindən Azərbaycana gətrimək üçün torpaq götürdük. Həmin qəbirstanlıqda eyni zamanda (balaca bir yerdi, cəmi 10-15 qəbir var) Azərbaycanın iki böyük şəxsiyyəti Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazehin də qəbriləri oradadır, onları da ziyarət etdik. Axundovun həyat yoldaşı, uşaqları, bacısı da orada dəfn olunub, onları da ziyarət etdik. Günün qalan hissəsində isə Tiflisdəki azərbyacanlılara məxsus yerləri gəzdik, orada məcsid, hamam var, oraları gəzdik.

- Sərdar bəy, Gürcüstana səfərdən sonra Azərbaycanda da bir sıra yerləri ziyarət edəcəyiniz barədə açıqlama verilmişdi...

- Tiflisdən ayrıldıqdan sonra Gəncəyə doğru hərəkət etdik. Gəncədə Demokratik Cümhuriyyətin Nazirlər Kabinetinin yerləşdiyi binanın qarşısına əklil qoyduq. Sonra ayın 27-də Cümhuriyyətin yaradılmasında iştirakı olan ayrı-ayrı şəxslərin anadan olduğu rayonlara səyahət etdik. Əvvəlcə Göyçay rayonunda olduq, Bığır kəndi yaxınlığında naməlum türk əsgərinin məzarı var, o məzarı ziyarət etdik. Ondan sonra, Ağdaşda olduq, oradan isə İsmayıllıya getdik. Bilirsinz ki, Cümhuriyyətin bir çox liderləri orada doğulub, boya-başa çatıb. İsmayıldan isə Lahıca getdik. Lahıcda Məmməd Əmin Rəsulzadə bir neçə ay gizli şəkildə yaşamışdı və "Əsrimzin Siyavuşu” əsərini həmin kənddə yazmışdı. Çox təəssüf ki, həmin kənddə Məmməd Əmin Rəsulzadənın qaldığı evləri biz tapa bilmədik. Dedilər ki, həmin evlər sökülüb, yerində başqa evlər tikilib. Çox maraqlıdır ki, həmin kənddə Rəsulzadə ilə bağlı konkret bir abidə, muzey görmədik. Baxmayaraq ki, Lahıc bu baxımdan bir turistik yerdir və Məmməd Əmin Rəsulzadənin orada bir xatirəsinin olması siyasi turizimin inkişafında müəyyən mənada rol oynaya bilər.

Lahıcdan sonra biz şamaxı şəhərində olduq. Cümhuriyyətin liderləirndən biri də arxitektor memar Zivər bəy şamaxılıdır, o da öldürülüb. Ondan sonra biz oradan çıxdıq, Bakıya doğru yol aldıq. Bakının 55 kilometliyində türk şəhidin məzarı var, üçüncü türk şəhidin məzarını ziyarət etdik, qəbrinin üstünə gül dəstələri qoyduq, ruhlarına fatihə oxuduq.

- Bakıya gəlib çatdıqdan sonra Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etmək üçün Novxanıya getdiniz?

- Əlbəttə, ayın 28-də saat 11 radələrində biz Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etmək üçün Novxanı kəndinə getdik. Tiflisdən Fətəli Xan Xoyskinin və Əhməd bəy Ağayevin qəbrindən götürdüyümüz torpağı simvolik olarq canlı gül dibçəklərinə toküb, abidənin önünə qoyduq. Çünki ayrı-ayrı ölkələrdə yatsalar da, bir ideya uğrunda öldüklərinə görə, o torpağı qoymaqla, sanki onları simvolik olaraq bir araya gətirmiş olduq.

Ondan sonra, saat təxminən 13:00 radələrində Əlyazmalar İnstitutuna getdik. Bilirsiniz ki, Əlyazmalar İnstitutu Demokratik Cümhuriyyətin parlament binası olub, onun da yanında hökumət tərəfindən balaca bir cümuriyyət abidəsi qoyulub, həmin abidəni də ziyarət etdik, gül dəstələri qoyduq və bununla da Tiflis-Gəncə-Bakı marşrutu üzrə öndərlərin izi ilə həyata keşirdiyimiz proqram başa çatdı.

- Səfər zamanı Gürcüstan və Azərbaycan siyasi mühti arasında nə kimi fərqlilik gördünüz, yəni Gürcüstan müxalifətini təsəvvür etdiyiniz kimi vardı?

- Açığını deyim ki, Gürcüstan iqtisadi cəhətdən bizdən çox geridə qaldığına görə, çox kasıb görsəndi. Baxmayaraq ki, siyasi fikirlərinə, şüurlarına görə bizdən demokratikləşmə sahəsində çox qabağa gediblər, Avropaya inteqrasiya ediblər, amma müzakirələrdə biz onları özümüzdən qabaqda görmədik. Yəni demokratikləşmə sahəsində şüurda çox da irəliyə getməyiblər. Formal olaraq Avropa Birliynə daha çox yaxınlaşıblar, NATO-ya daha çox üzv olmaq istəyirlər. Orada bizə bir şey məlum oldu ki, əslində, bu gün Gürcüstanı, pərdəarxasından bir milyader İvanişvili var, o idarə edir. Hətta prezidentin kim olmasını, parlamentə kimlərin düşməsini, hamısını o müəyyən edir. Çünki əlində nəhəng kapital var, ölkə özü olduqca kasıbdır, büdcəsi çox azdır. Ona görə də demək olar ki, ölkənin siyasi həyatı bu adamın iqtisadi imkanlarından asılıdır. Bu da Gürcüstanda demokratiyanın inkişafı qarşısında ən ciddi problemlərdən biridir. Görüşdüyümüz siyasi partiyaların nümayəndələri də məhz buna diqqətə çəkdi ki, Gürcüstanda demokratiya Sakaaşvilidən sonra belə bir problemlə üzləşib, bir nəfər xalqın adından hər şeyi həll edir. Yəni faktiki olaraq Gürcüstanda formal demokratiya var.

İkincisi də Gürcüstanda çox böyük iqtisadi inkişaf görmədik. Tiflis, Gürcüstanın başqa şəhərləri, kəndləri, Sovet hökumətinin dövründə necəydisə, demək olar ki, eynidir. Məsələn, adi bir tikintini illərlə tikib, başa çatdırırlar. Sementi, hər şeyi demək olar Azərbaycandan alırlar. Yəni özlərinin belə bir iqtisadi inkişafları yoxur. Ərazilərinin böyük bir hissəsini Rusiya ilhaq edib. Amma böyük ümidləri var.

- Tiflisdə gördüklərinizdən yadda qalan nəsə oldu?

- Polisləri həddindən artıq mədəni, qanunu pozmayandır. Adi bir misal deyim, biz 3 gün Tiflisdə gəzdik, maşınlarımızı da Demokratik Cümhuriyyətin, Azərbaycanın bayrağı ilə bəzəmişdik. Hətta orada dövlət tədbirləri keçirilən yer var idi ki, ora maşınları buraxmırdılar, bizi ora buraxırdılar. Ancaq Bakıya gələndə Novxanı kəndində Məmməd Əmin Rəsulzadınin abidəsini ziyarət etməyə yaxınlaşmaq istəyirdik ki, əlimizdəki dibçəkləri abidənin önünə qoyaq, polis bizi qoymadı, biz 1 km aralıda düşüb, o dibçəkləri əlimizdə Məmməd Əmin Rəsulzadənin abidəsinin önünə qədər apardıq. Halbuki, bu tədbirdə iştirak etməyən istənilən maşını ora buraxırdılar. Tək bizi buraxmadılar, bildilər ki, biz müxlifətik, Məmməd Əmin Rəsulzadənin abidsənin önünə gül dibçəkləri qoymaq istəyirik. Nə qədər polisə izah etdik ki, başqa maşınları buraxırsınız, məhz o tədbirə gələn maşınları buraxmırsınız, bəhanəniz də budur ki, orada sıxlıq var, təhülkəzliyi qoruyuruq. Sonra biz o yolla gedəndə gördük o yol tamamilə boşdur. Deməli, kimlər tədbirdə iştirak etmirdi, onların maşınlarını buraxırdılar, kimlər ki, Məmməd Əmini abidəsini ziyarət etməyə gəlmişdi, onların maşınlarını abidənin yaxınlığına buraxmırdılar. Biz bununla Azərbaycan polisi ilə Gürcüstan polisinin öz demoktariyasına, öz cümhuriyyət tarixinə, özünün müxalifətinə, xalqına münasibətində nə qədər fərqləndiyini gördük. Yəni gürcü polisinin başqa bir xalqın müxalifətinə, nümayəndəsinə göstərdiyi münasiət bu cürdir, Azərbaycan polisinin öz vətəndaşına, öz dövlətinin müxalif qüvvəsinə göstərdiyi münasibət bu cürədir. Bu da aydın şəkildə Azərbaycan polisi ilə Gürcüstan polisinin fərqliliyni, Azərbaycan polisinin özbaşanlıqlarını, kobduluqlarını ortaya qoyur.

Mən prezidentliyə namizəd olmuşam, bir partiya sədriyəm, kifayət qədər cəmiyyətdə tanınmış bir adamam, adi serjant bizə adi bir vətəndaş qədər hörmət etmədi. Maşınları Məmməd Əmin Rəsulzadənin abidəsinə yaxınlaşmağa imkan vermədilər.

- Sərdar bəy, səfər zamanı əhali tərəfindən necə qarşılandınız?

- Çox maraqlı bir neçə fakt oldu. Biz Qazaxda olarkən vətəndaşlar maşınlarımızı görüb, bizə dedilər ki, "bu hansı şirkətin reklamıdır, edirsiniz?” Təsəvvür edin ki, Azərbaycan vətəndaşlarının bəziləri nə Azərbaycanın gerbini basa düşürlər, nə bayrağımızı tanıyırlar, nə də Cümhuriyyətimizin 100 illiyindən xəbərləri var. Biz deyəndə ki, Demokratik Cümhuriyyətin 100 illiyidir, ondan sonra başa düşdülər ki, səhv ediblər.

Və yaxud Göyçayda gəldik polis bizim maşını saxladı, maraq xatirinə soruşdu ki, bu, nə məsələdir? Dedik ki, Demokratik Cümhuriyyətin 100 illiyidir. Deyir ki, Demokratik Cümhuriyyət nə deməkdir? Azərbaycan polisi Göyçayda Demokratik Cümhurriyyətin nə olduğunu bilmir. Biz izah etdik ki, 100 il bundan qabaq bizim dövlətimiz yaranıb. Bu da onu göstərir ki, Azərbaycan dövlətinin Demokratik Cümhuriyyətlə bağlı qəbul etdiyi qərar formal bir qərar olub. Vətəndaşlar neçə ildə bilmir ki, Demokratik Cümhuriyyət nədir? Bu necə yaranıb? Bunun bugünkü respublikamızla nə kimi əlaqəsi var? Onda Azərbaycan xalqının mənsub olduğu torpaqları ilə bu gün mənsub olduğumuz varlıqla, tarixlə, mədəniyyətlə həmin Demokratik Cümhuriyyətin nə əlaqəsi var? Onların heç biri onlara çatdırılmayıb. Xalq o tərəfə, bunun polisi bilmir ki, həmin gün bayram günüdür. Azərbaycan polisi bilmir ki, niyə insanlar işləmir, bu nə bayramıdır. Bəzi rayonlarda baxdıq, ancaq Heydər Əliyevin adına olan parkda 1-2 bayraq asılmışdı, vəssalam. Bayram tədbiri bu cürə keçirilir? Hətta keçdiyimiz rayonların bəzilərində heç ümumiyyətlə bayraq asılmamışdı. Yəni bu qədər formal, boğazdan yuxarı 100 illyi qeyd etməkdənsə, qeyd etməmək daha yaxşı idi.

- Bəs, Gürcüstanda 26 may tarixi - Gürcüstanın Cümhuriyyət bayramı necə qeyd olundu?

- Gürcüstanda 6 ölkədən prezident dəvət edilmişdi. 6 ölkənin prezidenti Gürcüstan Cümhuriyyətin 100 illiyində iştirak etdi. Biz orada minlərlə xarici vətəndaş gördük. Hara baxırsan küçlərdə ingilisdi, almandı, fransızdı. Onlar bayramı çox təmtəraqlı qeyd etdilər. Onlar paradda Gürcüstanın qədim hərbi geyimlərini nümayiş etdirdilər. O baxımdan, milli təssübkeşliyə görə Gürcüstan bizdən çox qabaqdadır. Bu tarixən də belə olub. Gürcüstan birinci öz müstəqiliyini elan edib, sonra Ermənistan öz müstəqilliyini elan edib. Bizimkilər tək qaldı, sonra elan etdi. 1924-cü ildə bu ölkələr SSRİ-nin tərkibinə daxil ediləndə Gürcüstan daxil olmaq istəmirdi, Azərbaycan və Ermənsitan dərhal daxil oldu. Eləcə də SSRİ dağılanda birinci Gürcüstan ərazilərini itirimək bahasına yenə müstəqil oldu. Yəni Gürcüstan həm əsrin əvvələrində, həm də müasir dövrdə Rusiyanın əsarətindən xilas olmaqda Cənubi Qafqaz respublikaları arasında birincidi, Azərbaycan isə ən axırıncı yerdə gəlir. Ermənilər rusların hesabına dövlət əldə etmələrinə və bu gün Azərbaycan torpaqlarını işğal etmələrinə baxmayaraq, bizim Azərbyacan hakimiyyəti qədər rusun təsirində deyil. Maraqlıdır, 3 xalqdır, biri öz torpaqlarını itirib, amma rus onunla heç curə barışmır. İkicincisi, rusun hesabına torpaqlar əldə edib, yenə də rusdan azad olmaq istəyir. Üçüncüsü, yəni Azərbaycan həm torpaqlarını itirib, həm də heç vəchlə rusun təsirindən xilas olmağa cəhd etmir. Biz bu fərqləri görürük.

- Gürcüstan və Azərbaycan siyasi rejimlərini müqayisə etsəniz, hansı fərqləri deyə bilərsiniz?

- Azərbaycanda hakimiyyət leqaldır. Amma hamı bilir ki, Azərbaycanda hakimyyətin formalaşması və qorunmasının arxasında Rusiya dayanır. Hamı başa düşür ki, Rusiya Azərbaycandakı siyasi rejimi saxlayan yeganə gücdür. Yəni biz bilirik ruspərəst güclər kimdir, siyasət necə aparılır. Hökumət də gizlətmir, Rusiyayönümlü siyasətini aparır. Gürcüstanda isə Rusiya dolayı yolla proseslərdə iştirak edir. Yəni o İvanişvili ki var, onun kapitalının böyük bir hissəsi Rusiyadan əldə edilimişdir. O, pərdəarxasından pul buraxır, siyasi qüvvələri, ictimai institutları idarə edir və beləliklə dolayısı yolla Gürcüstanın Avropaya inteqarsiyasını ləngidir. Yəni Rusiyanın təsiri Gürcüstanın Avropa İttifaqına daxil olmasını ləngiməsində ifadə ounur. Azərbaycanda isə hakimiyyət Azərbaycanın azadlığının qarşısını alıbdır və heç bir müstəqillik, suverenlik istiqamətində inkişaf yoxdur. Gürcüstanda o inkişaf var, ləngdir. O inkişafın qarşısında duran güc gizlidir. Azərbaycanda isə açıq-aşkardır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}