FRANSA TƏHLÜKƏNİ AÇIQLADI! - İRAN BUNA ÇOX HİDDƏTLƏNƏCƏK

FRANSA TƏHLÜKƏNİ AÇIQLADI! - İRAN BUNA ÇOX HİDDƏTLƏNƏCƏK

 

Sozcu.info  xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən imtina etməsi açıqlamasından sonra İranın uranı zənginləşdirə biləcəyi barəsində bəyanat verməsi sazişi imzalamış tərəflərdən biri olan Fransa tərəfindən "qızmızı cizgilərlə oynamaq” kimi qiymətləndirib.

Fransa xarici işlər naziri Jan-İv le Drian İranın nüvə fəaliyyətinə yenidən başlamasının 2015-ci ildə əldə edilən nüvə razılaşmasına əks olmadığını bildirərək deyib: "Əgər daha üstün bir səviyyəyə keçsələr, razılaşma pozula bilər”.

Le Drian deyib: "Qırmızı cizgilərlə təmas eləmək təhlükəlidir. Bu gün İranın uranı zənginləşdirmək təşəbbüsü tamamilə Vyana razılaşması çərçivəsindədir. Dünən əldə edilən qərar müqaviləyə zidd deyil Əgər daha yuxarı səviyyəyə keçsələr, müqavilə pozular. Biz nüvə müqaviləsini qorumaq istəyirik. İran ilə bu istiqamətdə işləyirik. Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) nəzarətə davam edir. İran öz üzərinə götürdüyü öhdəliklərə tam əməl edir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}